Maraqlı

Çində yeni antiinhisar qaydalarının tətbiqinə başlanılıb

11 Fevral 2021 20:15
Baxış: 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) internet platformalarına yönələn və ölkənin texnoloji nəhənglərinin qarşılaşdığı mövcud məhdudiyyətləri sərtləşdirən yeni antiinhisar qaydalarını dərc edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni qaydalarda ötən ilin noyabrında təqdim olunan qanun layihəsinin normaları yer alıb. Onlar inhisarçılıq fəaliyyətinin möhkəmləndirilməsinə səbəb olan bir sıra praktikaların qarşısının alınması məqsədi daşıyır. Məsələn, qaydaların ölkənin aparıcı internet servisləri, o cümlədən "Taobao" və "Tmall" elektron ticarət saytları və "Ant Group" və "WeChat Pay" ödəniş sistemlərinin fəaliyyətini dəyişəcəyi gözlənilir.

Belə ki, bundan sonra bu servislər satıcıları yalnız onlardan birini seçməyə məcbur edə bilməyəcək. Həmçinin internet şirkətləri qiymətləri müəyyənləşdirə, texnologiyaların yayılmasını məhdudlaşdıra və bazarda manipulyasiya üçün məlumat və alqoritmlərdən istifadə edə bilməyəcəklər.

Administrasiya nümayəndələrinin fikrincə, yeni qaydalar platforma iqtisadiyyatında inhisarçı davranışın qarşısını alacaq və bazarda ədalətli rəqabəti qoruyacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.