Maraqlı

DİQQƏT: bu qidalar da xərçəng riskini azaldır, immuniteti qaldırır -

7 Fevral 2021 15:07
Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmmun sistemi orqanizmin vacib sistemlərdən biridir. İmmunitet sistemi orqanizmin müxtəlif infeksion xəstəliklərdən spesifik müdafiəsini təmin edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, müxtəlif infeksiyalarla mübarizədə bədənimizin bəzi enerji qaynaqlarına, vitaminlərə və minerallara ehtiyacı var. Mütəxəssislərin fikrincə, aşağıdakı qidalar hüceyrələrin bədəndə rahat bölünməsi üçün daha vacibdir:

Turp - fol turşusu, K vitamini və antioksidanlarla zəngindir. Tərkibindəki güclü vitaminlər və antioksidanlar sayəsində bədəndəki iltihabı azaldır və xərçəngin meydana gəlmə riskini azaldır. Bədəndəki zərərli mikroorqanizmlərlə mübarizə apararaq hüceyrələrin yenilənməsində rol oynayır və immunitet sistemini gücləndirir.

Çərəzlərdən - qoz, fındıq, badam və kətan toxumunun tərkibindəki yağ turşusu olan Omega-3 həm bədəni, həm də beyini yeniləməyə kömək edir.

Yumurta - protein, dəmir, B12, D və A vitamini mənbəyidir. Əzələlərin inkişafı, saç, dırnaq və dəri problemlərini aradan qaldırmaq üçün əsas vasitədir.

İspanaq - tərkibindəki yüksək C vitamini sayəsində kollagen istehsalını artıran və dəriyə sağlam bir görünüş verən bu qida hüceyrələrin yenilənməsinə kömək edir. Yüksək lif, kalium və K vitamini ilə ürək-damar və bağırsaq sağlamlığını qoruyur.

Yerkökü - faydaları arasında güclü T antioksidant olan beta karotendir. İncə bağırsaqda A vitamininə çevrilən və bədənimizdəki tarazlığını qorumağa kömək edən beta karoten, dəri, saç və dırnaqları qorumaqda, ürək xəstəlikləri riskini azaltmaqda çox vacib bir komponentdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.