Maraqlı

İlk bioparçalanan displeylər hazırlanıb

4 Fevral 2021 23:45
Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər il elektron tullantıların miqdarı 100 milyon ton artır. Üzvi maddələr əsasında hazırlanmış bioparçalanan ekranlar bu göstəricini azaltmaq üçün səmərəli üsullarından biri ola bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Karlsrue Texnologiya İnstitutunun alimlərinin məlumatına görə, onlar dünyada mövcud sənaye metodlarının köməyi ilə istehsal edilə bilən ilk bioparçalanan displeylər hazırlayıblar. Texnologiya üzvi materialın elektroxrom effektinə əsaslanıb. Bu o deməkdir ki, qurğu lazımi informasiyanı göstərmək üçün rəngini dəyişdirə bilər.

Tədqiqatçılar əmin edirlər ki, belə ekranlar satış üçün əlçatan olan ekranlarla (işıq diodu, maye kristal ekran və elektron kağız) müqayisədə daha aşağı enerji sərfiyyatına və sadə komponent arxitekturasına malikdir. Belə bir materialın şırnaqlı çap üsulu ilə hazırlanması imkanı əsas üstünlüklərindən biri hesab edilir. Son mərhələdə jelatinlə hermetizasiya edilir ki, bu da ekranı birbaşa dəriyə bərkitməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.