Maraqlı

Türkiyənin yeni patrul təyyarəsi: R-72

28 Yanvar 2021 21:45
Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Yaşar Gülərin müşayiəti ilə ilk R-72 dəniz patrul təyyarəsi ilə tanış olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin inventarına ötən ay daxil edilmiş təyyarə ilk uçuşunu edib.

Nazir qeyd edib ki, R-72-də uçan şəxsi heyət əhəmiyyətli tapşırıqları yerinə yetirəcək.

"Təyyarənin yerinə yetirəcəyi tapşırıqlar gələcəkdə vətənimiz və xalqımız, onların təhlükəsizliyinin təminatı üçün əhəmiyyətlidir. Biz Silahlı Qüvvələri ən müasir texnologiyalarla təmin etməyə davam edəcəyik", - Akar deyib.

R-72 hərbi patrul təyyarəsi MELTEM-3 layihəsi çərçivəsində hazırlanıb.

Təyyarəyə müasirləşdirilmiş radiolokasiya sistemi, radio elektron mübarizəsi vasitələri, sualtı siqnalın emalı, Link 11 və Link 16 məlumat mübadiləsinin hərbi-taktiki şəbəkələri, həmçinin MK46 və MK54 torpedolarının işə salınması kimi ən əhəmiyyətli sistemlər quraşdırılıb.

P-72 təyyarələri bu sistemlərin sayəsində sualtı gəmilərin məhv edilməsi, suüstü müdafiə, müşahidə və kəşfiyyat, radiolokasiya, axtarış və xilasetmə kimi əhəmiyyətli tapşırıqları yerinə yetirəcəklər.

P-235 təyyarələrindən fərqli olaraq, P-72 daha uzun müddət ərzində uçuş imkanına malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.