Maraqlı

"Qədrimi öləndən sonra biləcəklər" - FOTO

23 Yanvar 2021 18:20
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Serdar Ortaç karantin günlərində yaşadıqlarından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı keçmiş günlərdə etdiyi işlərə baxıb həsəd apardığını deyib:

"Köhnə kliplərə baxıram, nə gözəl işlər görmüşük. İnsanlar, hər şey dəyişdi. Əvvəl heç kim repin üzünə baxmırdı, indi hamı dinləyir. Əvvəl Müslüm Gürsesin öz dinləyicisi var idi. İndi bütün yüksək təbəqə ona qulaq asır. Amma yaratmağa davam edirəm. Mahnılar bəstələyirəm".

Şəxsi həyatından danışan Serdar "Boşanandan sonra depressiyaya düşdüm. Ona görə də evlilik kitabını bağladığımı dedim. Onda Seçilin qarşıma çıxacağını hardan bilərdim? Seçil deyir ki, sən ulduzsan. Düzdür, istedadımın fərqindəyəm. 30 il əvvəl bir gözəl əsərə imza atmışam. Hərdən deyirəm ki, Allah, nə savab iş gördüm ki, bu istedadı mənə verdin. Bir çoxları dəyərimi mən öləndən sonra biləcəklər. Məni çox axtaracaqlar. Etdiyim işlər ortada" sözlərini əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.