Maraqlı

Mütəmadi qan vermək bədən çəkisinə təsir edir?

23 Yanvar 2021 20:50
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qan donoru olmaq bədən çəkisinə təsir edir.

Mərkəzi Qan Bankının açıqladığı məlumatda mütəmadi qanvermənin bədən çəkisinə təsirindən bəhs olunur:

Kaliforniya Universitetinin elmi araşdırmalarına əsasən verdiyi məlumata görə, tam qanvermə zamanı bir insan təxminən 650 kkal itirir. Mütəmadi olaraq qanvermə insanların kilo vermək cəhdlərinə yardımçı ola bilər.

Səbəb təkcə 450 ml qan itkisində deyil. Qanvermədən sonra bədən yeni qan hüceyrələrinin bərpasına və istehsalına çox miqdarda enerji sərf edir. Bu da öz növbəsində orqanizmin artıq çəkilərdən xilas olması ilə nəticələnir.  

Beləliklə, həyat xilas etməklə yanaşı hər zaman sağlam olmaq üçün könüllü qan donoru olun və həyat bəxş edin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.