Maraqlı

Dünyanın ən böyük texnoloji şirkətləri ABŞ-da Türkiyə istehsalı mikroavtobusdan istifadə edir

19 Yanvar 2021 23:15
Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə elektromobillərdə işlədilən batareya və akkumulyator paketlərini özü istehsal edir. Gələcəkdə isə Amerika Birləşmiş Ştatlarına ixrac gözlənilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Sabancı Holding və TEMSA İdarə heyətinin rəhbəri Cevdet Alemdar məlumat yayıb.

Məlumatda bildirilib ki, hazırda TEMSA-nın Adanadakı müəssisələri elektromobillərdə istifadə etdiyi batareya və akkumulyator paketlərini özü hazırlayır. Bu akkumulyator paketləri son bir ayda xaricə ixrac olunan elektrikli vasitələr üçün nəzərdə tutulur.

Bildirilib ki, TEMSA son ayda ilk elektromobil ixracını İsveçə edib. Bununla yanaşı, vurğulanıb ki, dünyanın ən böyük texnoloji şirkətləri ABŞ-da TEMSA markalı mikroavtobuslardan istifadə edir. Hazırda onun elektrikli versiyası üzərində işlər davam edir. TS45 ABŞ-da ən çox satılan modeldir. Sözügedən modelin prototipi hazırda Kaliforniyada sınaqdan keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.