Maraqlı

Bu şəxslər "WhatsApp" istifadə edə bilməyəcəklər - YENİLİK

8 Yanvar 2021 14:39
Baxış: 2 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları "Facebook"-da paylaşmaq üçün icazə istəniləcək.

Milli.Az xəbər verir ki, buna uyğun olaraq lazımi təsdiq almayan istifadəçilər "WhatsApp"-dan istifadə edə bilməyəcəklər.

"WhatsApp"-ın saytındakı istifadə şərtlərinə görə, istifadəçi məlumatları "Facebook" ilə yanaşı, "Facebook"-un yaratdığı digər şirkətlərlə də paylaşılacaq.

"WhatsApp" istifadə etmək istəyən hər kəs bu qaydalara əməl etməlidir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.