Qızıldan hazırlanan, milyonlara satılan cihazlar - Texnoloji şirkətlər nadir tapılan metalı bu cür israf edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər il müxtəlif texnoloji məhsulların qızıldan hazırlanmış versiyaları istehsal olunur və alıcılar bunun üçün külli miqdarda pul xərcləyirlər. Məsələn, "Caviar" brendi "Sony PlayStation 5" oyun qurğusunun qızıldan hazırlanmış ən bahalı versiyasını təqdim edib. Məhsulun istehsalı üçün təxminən 20 kiloqram 750 əyarlıq qızıl sərf olunub. Cihazın qiymətinin isə 1 milyon avrodan çox olacağı bildirilib.
Maraqlıdır, bütünlüklə qızıldan hazırlanması texnoloji məhsula nə kimi üstünlüklər qazandırır? Bəs nəhəng şirkətlərin nadir tapılan metalı bu şəkildə israf etməsi necə? Hansısa normativlə tənzimlənirmi?
Milli.Az ted.az-a istinadən bildirir ki, metallurgiya üzrə mütəxəssis Şahin Maşayev bildirib ki, müxtəlif cihazların içərisində, müəyyən hissələrdə az miqdarda qızıldan istifadə edilə bilər. Amma qızıldan hazırlanan əksər texnoloji cihazlarda bu görünüş və biznes xarakterli olur: "Məsələn, korpusu qızıldan olan iPhone-un içərisi onsuz da eyni metallardan hazırlanıb və vahid funksiyaya xidmət edir. Sadəcə zahirində qızıldan istifadə etməklə, 4 minlik məhsulu 44 minə satırlar. Alıcı üçün də bu, prestij xarakteri daşıyır. Bəzən isə cihazın Wi-Fi ötürmə, yaxud da dalğa tutma mexanizmində bu metaldan istifadə edilir. Məsələn, eyni ərazidəki 5 smartfonun cəmi 1-i Wi-Fi şəbəkəsinə yaxşı qoşulur. Bu, onun mexanizmindən, hazırlandığı metaldan asılıdır. Şirkətlərin qızıl kimi nadir tapılan metalı bu şəkildə israf etməsini tənzimləyən mexanizm yoxdur. Çünki zərgərlər hansısa əyar qızıldan istifadə edirlər. Amma texnoloji şirkətlər üçün bu riskli sahədir. Bu gün külli miqdarda qızılla istehsal olunan məhsul sabah alınmaya bilər. Buna görə, belə texnoloji məhsullar sırf sifariş əsasında hazırlanır. Yəni bu tip istehsal kütləvi seriya üçün yararlı deyil".
Mütəxəssis vurğulayıb ki, qızılın əsas üstünlüyü elektrik keçiriciliyidir: "Buna görə də, elektrotexnikada daha geniş istifadə edilir. Keçiriciliyi yüksək olduğuna görə, elektrik enerjisi üçün bütün kabelləri qızıldan etsəydik, bu, iqtisadi cəhətdən əlverişli olmazdı. İşığın kilovatına 10 qəpik deyil, 10 manat və daha çox ödəməli olardıq. Maksimum çalışırlar ki, qızılı alternativ və sərfəli metalla əvəzləsinlər. Bu, əsasən, mis və alüminium olur. Keçiriciliyi aşağı olsa da, qızıl baha olduğu üçün bu addımı atmağa məcburuq. Hazırlanan hissənin yüksək dəqiqlik və keçiriciliyi lazımdırsa, bu halda mütləq şəkildə texnologiyada qızıldan istifadə olunur. Adətən, aerokosmik sənayedə, hərbi təyinatlı telefonların müəyyən hissələrində qızılın başqa metalla əvəzlənməsi mümkünsüz olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
XƏBƏR LENTİ
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar





