Maraqlı

ABŞ-da Qocalar Evində dəhşət: Sakinlər üzərində təhlükəli təcrübələr həyata keçirilib - FOTO

26 Dekabr 2020 08:15
Baxış: 1 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Ayova ştatında Qocalar Evində sakinlər üzərində qəribə və təhlükəli təcrübələr həyata keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi xəbər yayıb.

Qurumun apardığı istintaq zamanı məlum olub ki, belə bir təcrübə zamanı xəstələr hiperhidratasiya vəziyyətinə gətirilib (bu, bədəndəki artıq suyun adıdır, üzdə, ağciyərdə və beyində ödemə səbəb olur).

İstintaq ayrıca mərkəzin rəhbərinin cinsi həyəcanın stimullaşdırılması ilə bağlı təcrübələr planlaşdırdığını aşkar edib. Təcrübəyə əsasən, subyektlərə çılpaq və geyimli uşaqların kompüter şəkillərini göstərirdilər.

Mərkəzin rəhbəri artıq işdən qovulub.

Ədliyyə Nazirliyi həmçinin Dövlət Sosial Müdafiə Departamentinin işində də ciddi qüsurların olduğunu vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.