Maraqlı

Fransada koronavirusa qarşı medalyon yaradılıb

24 Dekabr 2020 08:31
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransız alimləri tərəfindən hazırlanmış qurğu havada mövcud olan koronavirusun 93,5%-ni məhv edir. Medalyonu xatırladan qurğunu boyuna taxmaq lazımdır. Bu haqda "Le Parisien" qəzeti məlumat verib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki,  İvelin departamentində yerləşən şirkət öncə malyariya xəstəliyinə qarşı hazırlamalar üzrə ixtisaslaşmışdı. Alimlərin araşdırması nəticəsində məlum olub ki, insanın qoxu molekulları malyariya ağcaqanadlarını özünə cəlb edir. Mütəxəssislər tərəfindən yaradılmış aparatın təsiri nəticəsində insanın ətrafında yaradılmış elektrik sahəsinə görə molekullar yerə düşüb və bu səbəbdən ağcaqanadlar qoxu vasitəsilə qurbanı tapa bilməyiblər.
 
Şirkət məhz bu hazırlamasını koronavirusla mübarizə məqsədilə modernləşdirib. Onlar qurğuya ozonator və adı gizli saxlanılan hansısa mineral əlavə ediblər.
 
Pasteur Universitetində keçirilmiş təcrübədə qurğunu çoxlu sayda koronavirusdan ibarət qapalı bir məkana yerləşdiriblər. Artıq 10 dəqiqədən sonra virusların 94%-i məhv edilib.
 
Medalyonun qiyməti 79 avro təşkil edir. Akkumulyator 20 saat avtonom işi təmin edir. Hazırda şirkət gündəlik 400 ədəd qurğu istehsal edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.