Maraqlı

Qadın xoşbəxtliyi neçəyədir?

26 Aprel 2010 12:06
Baxış: 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniya mətbuatının yazdığına görə, araşdırma orta statistik Avropa qadınının "arzularının kişisini" axtarmağa 2000 avro xərclədiyini üzə çıxarıb. Sosioloqlar müəyyənləşdiriblər ki, avropalı qadın "tək və əvəzolunmaz" kişini tapanadək 24 kişi ilə görüşür. Onlardan 7%-i toyadək təxminən 40-60 kişi ilə münasibət qurmağa cəhd göstərir. Zərif cinsin nümayəndələrinin görüşlər zamanı xarici görünüşünə xüsusi diqqət ayırdığı və bunun üçün pul xərclədiyi məlumdur...

Artıq söhbətin sevgidən getdiyi zaman qadınların xərcləri daha da artır: hər görüşdə saç düzümü, geyim, yol xərcləri və spirtli içkilərə xeyli pul xərclənir. "2173 qadın arasında aparılan araşdırma nəticəsində sevginin nominal qiyməti müəyyənləşdirilib. Əsasən, şam süfrələri və digər restoran xərclərini kişilər boynuna götürür. Amma bu zaman kişilərin heç birinin ağlına gəlmir ki, qarşısındakı xanım görüşə gəlmək üçün ondan çox pul xərcləyib", - deyə araşdırma müəllifi bildirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.