Maraqlı

Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli FƏRQLƏR

27 Dekabr 2020 23:10
Baxış: 1 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus və qripin fərqi nədir?

Bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur. Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a gəldikdə, əvvəldə özünüzü sadəcə, bir az narahat və zəif hiss edə bilərsiniz.

Covid-19-un simptomları:

- yüksək hərarət və ya üşütmə

- öskürək

- nəfəs darlığı və ya nəfəs almaq çətinliyi

- yorğunluq və zəiflik

- əzələ və ya bədən ağrısı

- baş ağrısı

- qoxu və dad itkisi

- boğaz ağrısı

- burun tutqunluğu və ya axması

- mədə ağrısı, ishal

- ürək bulantısı

Qripin simptomları:

- öskürək

- yüksək hərarət (olmaya da bilər)

- boğaz ağrısı

- burun tutqunluğu və ya axıntısı

- əzələ və ya bədən ağrısı

- baş ağrısı

- yorğunluq

Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə özünüzü təcrid edin və mütəxəssislərə dərhal müraciət edin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.