Koronavirusun hamilə qadınlara yarada biləcək ciddi təhlükəsi aşkarlanıb.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə "Nova Clinic" Reproduksiya mərkəzi məlumat yayıb.
Mütəxəssislərin gəldiyi qənaətə görə, COVID-19 infeksiyası hamilə qadınlarda hemostaz sisteminin kəskin aktivləşməsinə səbəb olur:
"İnfeksiyanın təsiri nəticəsində "trombotik fırtına" baş verə bilər ki, bu da qanın laxtalanmasına səbəb olur. Bu, ana və döl üçün təhlükəlidir. Qanın laxtalanması uşaqlıqda qan axınının pozulmasına, ciftin qalınlaşmasına və dölün inkişafının gecikməsinə gətirib çıxarır".
Mütəxəssislər çıxış yolu kimi problemin vaxtında aşkarlanmasının, eləcə də hamilələrə qanı duruldan dərmanların yazılmasının zəruriliyini vurğulayıblar.
Milli.Az