Maraqlı

Ayasofyada çılpaq şəkillər çəkdirən model həbs olundu - FOTO

17 Dekabr 2020 17:02
Baxış: 1 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ayasofyada çılpaq şəkil çəkdirən belçikalı model Marisa Papen həbs edilib.  

Milli.Az unikal.org-a istinadla xəbər verir ki, 2018-ci ildə Ayasofyada və  Kapadokyada türk bayrağına bürünərək çılpaq pozalar verən modelə qarşı İstanbul Baş prokuroru tərəfindən başladılan istintaq işləri yekunlaşıb. 

Belə ki, Baş Prokurorluğun hazırladığı iddianamə aktında Papenin "dövlətin suverenliyinin əlamətlərini təhqir etdiyinə" və "ədəbsizliyə" görə 7 il həbs cəzası verilib.  

Hazırlanan iddianamə İstanbul Asliye Cəza Məhkəməsi tərəfindən qəbul edilib. 

Baş prokuror tərəfindən aparılan istintaq daxilində, Papenin, Qüds və Misirdəki ədəbsiz fotolarına görə  saxlanıldığını və cərimə  cəzası ilə sərbəst buraxıldığı da qeyd olunub.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.