Maraqlı

Peyvəndi tapan türk həkimlər “ilin adamları” seçildilər

16 Dekabr 2020 16:44
Baxış: 1 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin nüfuzlu "Financial Times" nəşri "ilin adamları"nı açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən statusun sahibləri bu dəfə koronavirus peyvəndini ixtira edən, əslən Türkiyədən olan həkimlər- Uğur Şahin və Özlem Türeci cütlüyü olub.

Xatırladaq ki, Amerikanın əczaçılıq nəhəngi "Pfizer" ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın "BioNTech" firmasının yeni tip koronavirusa ("COVID-19") qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanmışdı.

Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.