Maraqlı

Yaponiyada əlavə reallığa malik kontakt linzaları yaradılacaq

15 Dekabr 2020 19:40
Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Menicon" kontakt linzalar istehsalçısı "Mojo Vision" şirkəti ilə əlavə reallıq sisteminə malik kontakt linzalarının hazırlanmasına dair saziş imzalayıb.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda "Mojo Vision" əlavə reallıq sistemli ilk "ağıllı" kontakt linzalarının hazırlanması ilə məşğuldur. Saziş çərçivəsində şirkətlər tərəfindən ilk növbədə yeni məhsulun istehsal imkanının qiymətləndirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması planlaşdırılır.
 
Bu ilin əvvəlində "Mojo Vision" "B" seriyasının maliyyələşdirilməsi mərhələsində 51 milyon dollar cəlb edib. Əldə edilən investisiyalar və "A" seriyasının maliyyələşdirilməsi nəzərə alınaraq şirkət "Mojo Lens" linzasında istifadə edilən texnologiyanın yaradılmasına 159 milyon dollar ayırıb.
 
Məlumata görə, "Mojo Vision" linzanın yaradılması üçün dünyanın ən kiçik "MicroLED" displeyi kimi bir neçə mütərəqqi texnologiya hazırlayıb. O, linzanın mərkəzinə quraşdırılıb və tor qişasının qarşısında yerləşir.
 
"Mojo Lens" linzası skleral tipli kontakt linzasının əsasında yaradılıb. Ona kiçik biotəhlükəsiz batareya, göz izləmə kameraları və görüntü sensorları kimi komponentlər quraşdırılacaq.
 
Hazırda hazırlanma mərhələsində olan "Mojo Lens" texnologiyasının satışa nə vaxt çıxarılacağı barədə məlumat verilmir. Şirkət texnologiyanın tibbi məqsədlər üçün istifadəsi məqsədilə ABŞ-ın Ərzaq və Dərman Preparatlarına Nəzarət İdarəsi (Food and Drug Administration, FDA) ilə əməkdaşlıq edir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.