Maraqlı

Bu vitamin koronavirusdan ölüm riskini 3 dəfə azaldır

13 Dekabr 2020 15:37
Baxış: 1 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq alimlər qrupu koronavirusa ən effektli təsir göstərən vitaminin hansı olduğu barədə araşdırma aparıblar.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə məlumat "Nutrients" jurnalında dərc edilib.

Araşdırmalar nəticəsində C vitamininin koronavirus infeksiyasından ölümlərin üç dəfə azalmasına kömək etdiyi bəlli olub.

Bildirilib ki, C vitamininin istifadəsi koronavirusun səbəb olduğu ağır xəstəlik sayının azalmasına və nəticədə ölümlərin 68 faiz azalmasına kömək edir.

Həmçinin gündəlik 6-24 qram vitamin qəbulu infeksiya halında süni nəfəs cihazında qalma müddətini azaldır.

Tədqiqat müəlliflərindən biri Anitra Karr qeyd edib ki, bədən immun sistemini dəstəkləmək üçün C vitamini istifadə edir, lakin orqanizm C vitamini ifraz edə bilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.