Maraqlı

“Google” öz xidmətlərində “Internet Explorer” brauzerinin dəstəyini dayandırır

15 Dekabr 2020 20:15
Baxış: 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyasının çoxdan "Edge" brauzerinə keçməsinə baxmayaraq, bəzi insanlar hələ də "Internet Exlporer" brauzerindən istifadə etməyə davam edirlər. "Google" şirkəti isə öz xidmətlərində sözügedən brauzerin dəstəyini dayandırır.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, axtarış nəhənginin rəsmiləri elan ediblər ki, "Workspace" paketinə daxil olan xidmətlər 15 mart 2021-ci il tarixindən "Internet Explorer"i dəstəkləməyi dayandıracaq. Söhbət "Gmail", "Google Docs", "Google Sheets", "Google Disk" və şirkətin başqa populyar proqramlarından gedir. İstifadəçilərə yuxarıda göstərilən tarixədək dəstəklənən brauzerə keçmək tövsiyə edilir.
 
Əgər istifadəçilər gələn il martın 15-dən sonra "Internet Explorer" brauzerində "Google"un xidmətlərindən istifadəyə davam etsələr, şirkət həmin xidmətlərin işində baş verə biləcək mümkün nasazlıqları, məhsuldarlığın azaldılmasını və təhlükəsizlik problemlərini istisna etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.