Maraqlı

Gicitkan və onun faydaları

5 Dekabr 2020 07:11
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gicitkan yarpağının tərkibində askorbin turşusu, karotin və digər karotinoidlər, K, B qrup vitaminləri, üzvi turşular, mineral duzlar, Cu, Sr, Mo, Se, Ba və sairə maddələr vardır. Gicitkanın tərkibində əsas təsiredici maddələr vitaminlər və dəmir duzlarıdır. Bunlar orqanizmdə ümumi maddələr mübadiləsini, xüsusən də lipid mübadiləsini tənzimləyir. Bundan başqa gicitkan yarpaqlarının ödqovucu, sidikqovucu, iltihab əleyhinə, damardaraldıcı və regenerasiyanı sürətləndirmək xüsusiyyəti var.
Gicitkan köklərinin dəmləmə və bişirmələri böyrək və mədə xəstəlklərində, diareyalarda, furunkulyoz, revmatizm, bronxial astma, ağ ciyər vərəmi zamanı, həmçinin bəlğəmgətirici, gızdırmasalıcı, vasitə kimi və saçlrın dibini bərkitmək üçün istifadə olunur.
Gicitkan köklərindən saçları boyamaq üçün sarı və qəhvəyi boyalar alınır. Zoğlarının lifləri kağız, kəndir, kanat və torların, parus və xalçaların hazırlanması üçün yararlıdır. Gicitkan yarpaqları südün içərisinə salındıqda və ya əti onlara bükdükdə bu məhsullar xarab olmur. İnəklərə gicitkan verdikdə südün yağlılığı artır, toyuqlar isə bütün qışı yumurta verir.

Gicitkanın kulinariyada istifadəsi:
Yumurtalı gicitkan salatı: yuyulmuş gicitkan yarpaqlarını ( 150 qr) 5 dəqiqə qaynar suda qaynadın, aşsüzəndə süzüb xırda doğrayın. Üzərinə zövqə görə duz, sirkə və xama əlavə edib qarışdırın. Süfrəyə verəndə yumurta dilimləri ilə bəzəyin.
Gicitkanlı kürəciklər: gicitkan yarpaqlarını 100 qr qaynar suyun içərisinə salıb, 2 dəq sonra aşsüsəzənə qoyun və doğrayın. Qatı yarma sıyığı ilə qarışdırıb ( 200qr) yağ və duz əlavə edin. Alınmış kütlədən kürəciklər düzəldıb yağda qızardın. Süfrəyə xama ilə verə bilərsiniz.
Pendirli gicitkan buğlaması: Doğranmış gicitkan yarpaqları ( 80qr) 5 dəq buğlanır, üzərinə yaşıl soğan (10qr), duz, istiot, un, sürtgəcdən keçirilmiş ağ pendir (30qr) əlavə edib yağda 5 dəq qovrulur. Kənarda 65 ml süd, 20 qr un və 1\2 yumurtadan omlet qarışığı hazırlanır, göyərtinin üzərinə tökülüb sobaya qoyulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.