Üçüncü rübdə smartfonlar bazarında azalma zəifləyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyul-sentyabrda dünyada 366 milyon smartfon satılıb. Bu, bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz azdır. Bu barədə "Gartner" analitik şirkətinin 2020-ci ilin üçüncü rübü üçün hesabatında deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, bazarda azalmanın qeydə alınmasına baxmayaraq o, ilin birinci yarısındakından daha az olub - o zaman pandemiya və istehlakçı xərclərinin azalması səbəbindən smartfonların satış həcmində illik nisbətdə ardıcıl iki rüb 20 faiz azalma müşahidə edilib.
Dördüncü rübün "qara cümə"də əvvəlki illərə nisbətən daha aktiv onlayn satışlar sayəsində daha uğurlu olacağı gözlənilir. Həmçinin oktyabr-dekabrda smartfonların satış həcmində artımın 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Analitiklərin sözlərinə görə, bu, təminatlı istehlakçılar tərəfindən "5G" dəstəkli qurğulara tələbatın artması sayəsində baş verəcək. Hazırda bu qurğuların 611 dollarlıq orta qiyməti satışların kütləviliyinə mane olur. Lakin proqnozlara görə, 2024-cü ilədək bu göstərici 453 dollaradək azalacaq.
Ayrı-ayrı brendlərin bazardakı uğur və uğursuzluqları baxımından "Samsung" və "Xiaomi" daha çox seçilir - liderlər beşliyindən (Samsung, Huawei, Xiaomi, Apple, Oppo) yalnız bu şirkətlər üçüncü rübdə satış həcmini artırmağa nail olublar.
Bununla yanaşı, "Samsung"un gəliri illik nisbətdə 2,2 faiz artdığı halda onun Çin rəqibində bu göstərici 34,9 faiz olub. Bu, "Xiaomi" şirkətinə rüblük satış həcminə görə 6 faiz itirən "Apple" korporasiyasını geridə qoyaraq üçüncü yerə yüksəlməyə imkan verib. Öz növbəsində "Huawei" çətinliklə də olsa, ikinci mövqeyini qoruyub - Çindən kənarda şirkətin ABŞ sanksiyaları səbəbindən "Google" mobil proqram və servislərindən məhrum edilən qurğularına tələbat azalıb. İstehsalçının rüblük satışı ötən illə müqayisədə 21 faiz enib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Barselona"da ciddi itki
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
XƏBƏR LENTİ
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi





