Maraqlı

Azərbaycanlı iş adamının 453 milyonluq boşanma davası başlayır

29 Noyabr 2020 18:58
Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ildə Tatyana Əhmədova adlı xanım həyat yoldaşı, Azərbaycan əsilli rus iş adamı Fərhad Əhmədovu məhkəməyə verərək ondan boşanıb. Məhkəmə təzminat olaraq biznesmenin xanımına 453 milyon funt-sterlinq ödəməsi haqqında qərar qəbul edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu həftə Londonda baş tutacaq məhkəmədə Tatyana iş adamının 1,4 milyard funt-sterlinq dəyərində var-dövləti olduğunu, onu oğlunun adına keçirdiyi və ondan gizlətdiyi haqqında məhkəməyə şikayət ərizəsi təqdim edib.

Fərhad Əhmədovun oğlu Timur Əhmədov isə verdiyi açıqlamalardan birində anasından heç bir var-dövlət gizlədilmədiyini, belə sözlər dediyi üçün onu heç vaxt bağışlamayacağını söyləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.