Maraqlı

“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib

1 Dekabr 2020 23:10
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Windows 7" əməliyyat sistemində kritik boşluq aşkar edilib. Bu barədə fransız kibertəhlükəsizlik mütəxəssisi Kleman Labroya istinadən "ZDNet" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, haker reyestrin açarlarını seçə, "Endpoint Mapper" və "DNSCache"dəki boşluqlar vasitəsilə sistemə müdaxilə əldə edə bilər. Bu komponentlər əməliyyat sisteminin quraşdırılması vaxtı istifadə olunur.

Söhbət "sıfır gün" boşluğundan gedir. "Microsoft" şirkəti öz köhnə sistemlərini dəstəkləməyi dayandırdığına görə aşkar edilmiş boşluğun aradan qaldırılması ehtimalı son dərəcə azdır.

"Microsoft" korporasiyası yanvarın 14-də "Windows 7" sisteminin dəstəyini dayandırıb və "Windows 10" sisteminin inkişafına köklənib. İstifadəçilər "Windows 7" sistemində işləməyə davam edə bilərlər, amma əməliyyat sistemi yeniləmələr almayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.