Ən yaxşı televizorlar məlum olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"LG" və "Samsung" brendlərinin televizorları "Rusiya Keyfiyyət Sistemi" (Roskaçestvo) təşkilatının reytinqinə başçılıq edir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, təşkilat nümayəndələrinin sözlərinə görə, televizorlarla bağlı geniş tədqiqat ilk dəfə aparılıb. Mütəxəssislər tərəfindən "LG", "Philips", "Samsung", "Sony" və "HiSense" brendlərinin 201 TV modeli test edilib. Qeyd olunan qurğular görüntü keyfiyyəti, səs keyfiyyəti, istifadə rahatlığı və "Smart TV" kimi bir neçə kriterilər üzrə sınaqdan keçirilib. Onların ümumi qiyməti 144-3980 dollar arasında dəyişib. Məlum olub ki, "qiymət nə qədər bahadırsa, keyfiyyət bir o qədər yaxşıdır" prinsipinə ümumilikdə əməl olunub və reytinqdə ilk yerləri ən bahalı qurğular tutub.
Məsələn, ümumi reytinqin ilk üç pilləsində 1722-2516 dollar diapazonunda qiymətləndirilən "LG" və "Samsung" televizorları qərarlaşıb. Ən yüksək bala böyük diaqonallı (55-58 və 60-65 düym) ekrana malik qurğular layiq görülüb. Məlum olub ki, buraxılış ilinə görə ən son modellər ekspertlər tərəfindən ən yaxşılar kimi seçilməyib. Həmçinin bildirilib ki, qabaqcıl "8K" texnologiyalı modellər "4K" formatlı televizorları üstələməyib.
Əlavə olaraq təşkilat tərəfindən 40-51 düym diaqonallı televizorların müxtəlif kriterilər üzrə reytinqi tərtib olunub. Məsələn, ümumi qurğular reytinqinə 530 dollarlıq "LG 50UM7500PLA" modeli başçılıq edir. Görüntü keyfiyyətinə görə siyahının birinci pilləsində 530 dollar dəyərində "LG 49SM8050PLC" yer alıb. Ən yaxşı səsə və daha rahat "Smart TV" funksiyasına malik model 702 dollar dəyərində qiymətləndirilən "LG 49NANO816NA" televizoru seçilib.
Tədqiqata başlamazdan əvvəl mütəxəssislər tərəfindən istifadəçilərin elektronikanın bu seqmenti ilə bağlı üstünlüklərini müəyyənləşdirmək üçün onlar arasında sorğu keçirilib. Sorğunun nəticələrinə görə, respondentlərin 63 faizi 40-51 düym diaqonallı televizora malikdir, 62 faizi daha çox "Smart TV" funksiyasının mövcudluğuna, 31 faizi görüntü keyfiyyətinə, 24 faizi isə məhsulun buraxılış ilinə diqqət yetirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
XƏBƏR LENTİ
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır





