Maraqlı

Toyuğun döş ətini alarkən diqqətli olun

24 Noyabr 2020 07:21
Baxış: 1 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz hamımız toyuğun döş ətini xoşlayırıq. Toyuğun döş əti tez bişdiyinə görə onu əksər qadınlar mətbəxində görməyi xoşlayırlar. Toyuğun döş ətində yağların və zülalların az olması isə onun daha çox istifadə edilməsinə səbəb olan amillərdən biri sayılır.

Mütəxəssislər döş ətindən xoşlanan adamlara əti alarkən diqqətli olmağı məsləhət bilir. Belə ki, əgər aldığınız ətin üstündə və ya daxilində ağ xətt görsənirsə, o zaman həmin əti almayın. Bu ağ xətt toyuq filesinin keyfiyyətsiz olmasının göstəricisidir.

Toyuğa tez böyüməsi və onun döş ətinin iri olması üçün müxtəlif hormonlu qidalar verilir. Bu hormonlu qidalar toyuğun tez böyüməsinə və onun çəkisinin ağır olmasına səbəb olur. Döş ətinin iri olmasına səbəb də toyuğa verilən həmin qidalardır. Belə üsullarla böyümüş toyuğun əti ilə qidalanan insanlarda müxtəlif xəstəliklər əmələ gəlir. Bu xəstəlikləri isə insanın geninə və hormonal sisteminə birbşa təsir edir. Bu cür ətlə qidalanmaq insanlarda qara ciyər və böyrək xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.

Mütəxəssislər döş ətinin üstündə ağ xətt olan olan zaman onun alınmasını və istifadəsini məsləhət bilmir. Çünki, həmin ağ xətt toyuğun süni vasitələrlə tez bir zamanda böyüməsinin nişanəsidir. Nəzərinizə çatdırmaq üçün bildirməliyəm ki, satışlarda olan döş ətlərinin 90% bu cür üsullarla yetişdirilmiş toyuqların döş ətidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.