Professor pandemiyanın sonu ilə bağlı proqnozlar verdi: Ən pis halda...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, NDU Təbiət Elmləri Fakültəsi Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri, professor Sergey Netesov koronavirusun qeyri-adi xüsusiyyətləri ilə pandemiyanın bitmə tarixindən söz açıb.
Milli.Az xəbər verir ki, ekspert bildirib ki, əvvəlki bir sıra digər viruslarda rast gəlinən bütün xüsusiyyətlər koronavirusda cəmləşib.
İnsanın immun sisteminin tənzimlənməsi (sitokin fırtınası - immun sisteminin koronavirusa təhlükəli reaksiyası) Ebola kimi digər infeksiyalarla da baş verir. COVID-19 üçün xarakterik olan yayılmış qan laxtalanma sindromu olan trombun əmələ gəlməsi haqqında da eyni fikri bildirmək olar.
Eyni zamanda, virusoloq iybilmə duyğusunun itməsinin koronavirus infeksiyasının spesifik simptomu olmadığını əlavə edib: insan bədəninə burun vasitəsilə daxil olan ən azı 20 virus qoxu sinirlərinə təsir edə bilir.
Professor onu da qeyd edib ki, pandemiyanın sona çatması haqqında iki proqnoz var, lakin hər ikisi də virusa qarşı peyvənd istehsalının miqyasından asılıdır.
"Nikbin proqnoz odur ki, pandemiya gələn ilin payızında zəifləyəcək, bədbin proqnozlar isə bu bəlanın 2022-ci ilin payızına qədər davam edəcəyi istiqamətindədir. Hər şey onların dünya əhalisinin ən azı 75 faizinin peyvəndlənməsinə qədər vaksin istehsal etmək üçün kifayət qədər vaxtlarının olub-olmamasından asılı olacaq" , - Netesov bildirib.
Virusoloq istisna etmir ki, pandemiya bir sıra ölkələrdə daha erkən bitə bilər, lakin bunun üçün əhalinin 90%-i peyvəndlənməlidir. Həkimin sözlərinə görə, orta hesabla bir daşıyıcıdan dörd-beş nəfər yoluxur, sağalan və ya peyvənd olunmuş əhalinin 75%-nin bu cür reproduktiv sayı ilə kütləvi immuniteti inkişaf etdirməsi tələb olunur. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Conidən evli olması xəbərinə reaksiya
-
Asya Alizadeyə növbəti qadağa
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
XƏBƏR LENTİ
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)





