Maraqlı

Yeni “Samsung Galaxy S21” smartfonu vacib funksiya ilə təchiz ediləcək

17 Noyabr 2020 08:35
Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ice universe" və "Max Jambor" adlı tanınmış blogerlər "Samsung Galaxy S21" smartfonunu gözləyən vacib yenilik - rəqəmli qələm (stilus) dəstəyi barədə məlumat açıqlayıblar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Cənubi Koreya şirkətinin qabaqcıl smartfonu "S Pen" elektron qələmi ilə işləyəcək. İndiyədək stilus yalnız "Note" seriyalı "Samsung" qurğularında mövcud olub.

Lakin "Note" seriyalı smartfonlardan fərqli olaraq "Galaxy S21" üçün qələm əlavə aksesuar rolunda çıxış edəcək. Belə ki, onun üçün korpusda yer nəzərdə tutulmayacaq, smartfona bərkidilmə isə maqnitli olacaq.

Yeni "Samsung Galaxy S21" smartfonunun 2021-ci ilin əvvəlində təqdim ediləcəyi gözlənilir. 120 giqahers yeniləmə tezlikli ekranla təchiz ediləcək smartfon "Snapdragon 875" prosessoruna malik dünyanın ilk qurğularından olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.