Qırmızıbaş kələm digər kələm növlərindən yarpaqlarının rənginə görə fərqlənir. Bu kələmin yarpaqlarının rəngi göy-bənövşəyi rəngdə olur. Bunun səbəbi isə onun tərkibində xüsusi maddə - antosianın olmasıdır. Bu kələmin əsas xüsusiyyətlərindən biri də qırımızıbaş kələmin yanlız dairəvi formada yetişməsidir. Bu rəngdə olan kələmin başqa ölçüdə olanı yoxdur. Qırmızıbaş kələm 160 gün müddətinə böyümə prosesini başa çatdırır. Onun yarpaqları rəngli və daxilində ağ zolaqlar olan bəzəklərdən ibarət olur. Bu kələm yumru, bəzən uzunsov konusvari, çəkisi isə 1 - 3,2 kq-a qədər olur. Kələmin boyunun uzunluğu isə 8-12 sm arasında dəyişə bilir. Bu ölçü kələmin növündən asılı olaraq dəyişə bilir. Kələmin toxumları dairəvi, qəhvəyi bəzəkli olur. Qırmızıbaş kələm soyuğa davamlıdır. Onun böyüməsi üçün 15-17* tempratur belə yetərli sayılır. Yetişmiş kələm qısamüddətli -5 - 7* soyuğa davam gətirə bilir. Qırmızıbaş kələmin soyuğa və istiyə qarşı davamlı olmasının səbəbi onun kök sisteminin dərinliklərə dəqər uzana bilməsidir. Amma, havanın çox isti olması kələmin tez çiçəkləməsinə səbəb olur. Bu bitki çox istisevər bitkidir. Onu gölgəlikdə yetişdirdikdə yarpaqlarının rəngi yaşıl-bənövşəyi olur və 2-3 həftə gec yetişir. Bu zaman onun yarpaqları da arzuolunan formada böyümür. Buna görə də qırmızıbaş kələmi bol günəşli və su olan yerlərdə yetişdirmək daha məqsədəuyğun sayılır.
Qırmızıbaş kələmin də vətəni ağ kələminki kimi Aralıq dənizi sahilləri hesab edilir. Kələmin bu növü oradan Qərbi Avropa ölkələrinə yayılıb. XVII əsrlərin əvvəllərindən kələmin bu növü Rusiyada becərilməyə başlayıb.
Qırmızı kələmın Tərkibi:
- Zülallar - 0,8 qram
- Yağlar - 0, 2 qram
- Karbohidratlar - 5, 1 qram
- Su - 91 qram
- Kalori - 26 kKlal
Qırmızı kələmin tərkibi zülallar, liflər, fermentlər, fitonsidlər, şəkər, dəmir, kalium, maqnium, C, B1, B2, B5, B6, PP, H vitaminləri ilə zəngindir. A vitamini və karotinin də çox olduğu bu tərəvəzin tərkibindəkilər digər kələmlərdə olduğundan 4 dəfə artıqdır. Onun tərkibində olan antosian insan orqanizminə daxil olduqda kapilyarların möhkəmliliyini artırır və onların fəaliyyətini yaxşılaşdırır. Qırmızı kələm orqanizmdən radiasiya zəhərlənməsini xaric edir və ağqanlılığın əmələ gəlməsinin qarşısını alır. Tərkibində kaliumun, maqniumin, dəmirin, fermentlərin, fitonsidlərin çox olması qırmızı kələmin orqanizm üçün nə qədər faydalı olduğunu sübut edir. Bu bitkinin yarpaqları qidalandırıcı maddələr və vitaminlərlə çox zəngindir. Tərkibindəki fitonsidlər vərəm xəstəliyinin sağalmasını sürətləndirir. Qədim zamanlarda qırmızı kələmdən yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı geniş istifadə edilib. İndi də kəskin və xroniki bronxit xəstəlikləri zamanı xalq təbabətində qırmızıbaş kələmdən istifadə edilir. Arterial təzyiqdən əziyyət çəkən xəstələrin qida rasionuna hər gün qırmızı kələm əlavə eləmələri məsləhət bilinir. Çünki, kələmin tərkibindəkilər arterial təzyiqin aşağı düşməsinə yardım edir. Qırmızı kələm damarların divarının möhkəmliliyini artıraraq onların fəaliyyətini yaxşılaşdırır. Yemək yeyən zaman qırmızı kələm yemək qırmızı şərabı əvəz edir. O dəridəki yaraların sağalmasını, ödün axmasını sürətləndirir, sarılıq xəstəliyi zamanı yeyilməsində çox fayda var.
Qırmızı kələmdən qida sənayesində də geniş istifadə edilir. Onun həm yarpaqlarından, həm də şirəsindən müalicə məqsədilə istifadə edilir.
Qırmızı kələmin şirəsi qan damarlarının möhkəmləndirməklə qanın normal axının təmin edir. Bu səbəbdən də kapilyarların zəifləməsi və qanaxma zamanı onu içməkdə fayda var.
Qırmızı kələmnın Ziyanı
Tərkibində çətin həzm olunan liflərin miqdarının çox olduğuna görə mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə qırmızı kələmdən az istifadə etmək məsləhət görülür.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qırmızı kələm
17 Noyabr 2020 22:55
Baxış: 2 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Rəqsanə 16 dekabrda susqunluğunu pozacaq
-
"Fənərbağça"lı azarkeş əsəbiləşib televizoru qırıq-qırıq etdi - VİDEO
-
Xuraman kərə yağı aldı, marqarin çıxdı - VİDEO
-
Dünya və avropa çempionu güləşçimiz FOTOları ilə gündəm oldu
-
Həmin məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi
-
Bahalaşma olacaq - 1 aydan da az vaxt qalır: XƏBƏRDARLIQ
XƏBƏR LENTİ
-
Rəqsanə 16 dekabrda susqunluğunu pozacaq
-
Gələcəyi inşa edən lider: BƏƏ-nin dayanıqlı inkişaf və qlobal nümunə modeli
-
Ləman komadan ayıldı
-
"Fənərbağça"lı azarkeş əsəbiləşib televizoru qırıq-qırıq etdi - VİDEO
-
Azərbaycanda qəbiristanlıqda rəqəmsal inqilab: Mərhumlar “onlayn profil” açır - FOTO
-
Atalara ŞAD XƏBƏR: Ödənişli məzuniyyət veriləcək
-
Azərbaycanda bayram günlərinin sayı artırıldı
-
Xuraman kərə yağı aldı, marqarin çıxdı - VİDEO
-
Narkotiklərə qarşı yeni sosial çarx təqdim edildi - VİDEO - FOTOlar
-
Dünya və avropa çempionu güləşçimiz FOTOları ilə gündəm oldu
-
Həmin məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi
-
Baku Network Beyin Mərkəzləri Platformasına üzv qəbul edilib
-
İran parlamentindən daha bir qalmaqallı görüntü - FOTO
-
Bakıya yağış, rayonlara qar yağacaq
-
Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu
-
Bahalaşma olacaq - 1 aydan da az vaxt qalır: XƏBƏRDARLIQ
-
"Sizinlə danışan təyyarə bələdçisi Hökumə Əliyevadır" - Yeni VİDEO yayıldı
-
Temudan "yolka" sifariş verdi, görün nə gəldi - FOTO
-
"Mavi balina" oyununun qurbanı olan 13 yaşlı Kəmalənin ad günündən VİDEO
-
MİDA-nın mənzilləri 1 dəqiqəyə satıldı
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Kreditinizi Birbank-a gətirin, 3% Yeni il endirimi qazanın
-
Ramiz Mehdiyevin oğlu və qardaşı oğlu HƏBS EDİLƏCƏK: yeni sübutlar ORTAYA ÇIXDI
-
Bakıda TDT “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclası keçirilir - FOTO





