Maraqlı

Huawei şirkəti 200 vatt gücündə sürətli şarj texnologiyasını yaradıb: Lakin bir nüans var

3 Noyabr 2020 19:30
Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddət bundan öncə təqdim edilmiş Huawei Mate 40 Pro smartfonu 66 vatt gücündə sürətli şarj texnologiyasına sahibdir. Bu cür yüksək göstəricidə sürətli şarj texnologiyası diqqət çəksə də artıq 120 vatt gücündə sürətli şarj texnologiyası mövcuddur. Lakin buna baxmayaraq Huawei şirkəti daha da irəli getmək qərarını verib. Belə ki, şirkətin verdiyi məlumata əsasən o daha yüksək gücə sahib sürətli şarj texnologiyasını yaradıb. Lakin onu smartfonlarda istifadəyə verməyi hələki planlaşdırmır. Bu barədə Gizchina saytı xəbər evrib.

Mate 40 flaqman smartfonunun təqdimatı zamanı şirkət bildirmişdi ki, o artıq 120 vatt və hətta 200 vatt gücündə olan sürətli şarj tenxologiyalarını yarada bilib. Lakin şirkət onları smartfonlarda istifadəyə verməyi hələki planlaşdırmır. Belə ki, 66 vatt gücündə olan sürətli şarj texnologiyası hal hazırda yüksək həcmli batareyaların enerji ilə təmin olunmaları üçün nəzərdə tutulmuş ən optimal texnologiyadır. Şirkət həmçinin bildirib ki, Mate 40 Pro-da dəstəklənən 50 vatt gücündə olan naqilsiz sürətli şarj texnologiyası da optimal variantdı. Daha yüksək gücə sahib şarj texnologiyaları stabil çalışmaya bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.