Analitiklər elektromobillərin qiymətlərinin nə zaman düşəcəklərini açıqlayıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Analitiklərin hesablamalarına əsasən elektromobillərin nəqliyyat bazarındakı payı bu il 10% gələn il isə 15% təşkil edəcək. Hal hazırda elektromobillərin sürətli yayılmalarının əsas problemi onların bahalı qiymətə satılmalarıdır. Son proqnozlara əsasən yaxın zamanda elektromobillərin maya dəyərləri benzinlə çalışan adi avtomobillərin maya dəyərləri ilə eyni səviyyədə olacaq. Bu barədə The Guardian saytı xəbər verib. Elektromobillərin ən bahalı komponentləri məhz batareyalardır. Belə ki, elektromobilin yekun qiymətinin 25%-40%-ni məhz batareya təşkil edir.
Gözləntilərə əsasən artıq 2022-ci ildə elektromobillərin maya dəyərləri ilə benzin vasitəsilə çalışan adi avtomobillərin maya dəyərləri arasındakı fərq 1900$ təşkil edəcək və 2024-cü ildə bu fərq ümumiyyətlə aradan qalxacaq. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, elektromobillər üçün nəzərdə tutulmuş batareyaların qiymətlərinin aşağı düşməsi gözlənilir. Belə ki, 2022-ci ildə 1 kilovatt saatın qiyməti 100$-dan aşağı düşəcək. Bu isə öz növbəsində 2025-ci ilə kimi elektromobillərin bazardakı paylarının 17%-ə, 2030-cu ilə kimi isə 40%-ə yüksələcəyinə şərait yaradacaq.
Məlumata əsasən elektromobillərin istehsalat templərinin artmasına bir çox böyük şirkətlərin elektromühərriklərə keçid etmək istəmədikləri təsir göstərir. Bir tərəfdən həmin şirkətlərin bu cür mövqeləri iqtisadiyyat baxımından anlaşılandır. Belə ki, mövcud olan avtomobil modellərinin elektromühərriklərə keçid etmələri onların qiymətlərinin yüksəlməsinə gətirib çıxardacaq. Bundan əlavə olaraq daha bir problem ondan ibarətdir ki, hal hazırda batareya bazarını LG və Panasonic kimi şirkətlər öz aralarında bölüşdürüblər. Bu isə rəqabətin aparılmasına münbit şərait yarada bilmir və buna görə də qiymətlərin sürətli şəkildə aşağı düşmələri mümkünsüzdür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şokolad muslu tiramisu resepti
-
Çin dron sürülərini kosmosdan şarj edəcək innovativ sistem hazırlayır - FOTO
-
Günün qoroskopu: Partnyorunuzla gizli duyğuları bölüşmək zamanıdır
-
Üç otaqlı mənzildə modem hara qoyulmalıdır?
-
Serenay Sarıkaya sərbəst buraxıldı - YENİLƏNİB
-
Fənərbağçanın "bəyənilməyən" oyunçusunu İngiltərə klubu 35 milyona alır
XƏBƏR LENTİ
-
Şokolad muslu tiramisu resepti
-
Yuxuda bunu görənlər diqqətli olsun
-
Yayda bu ayaqqabıları geyinənlər diqqətli olmalıdır
-
Hər gün duş qəbul edənlər bunu mütləq bilməlidir
-
Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət
-
“Onların nüvə silahı olmayacaq”
-
"Brent" markalı neft ucuzlaşdı
-
Çin dron sürülərini kosmosdan şarj edəcək innovativ sistem hazırlayır - FOTO
-
Məşhur futbolçu Romada evləndi - FOTO
-
Taleh Yüzbəyov depressiyadan bu yolla çıxır
-
Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvə...
-
Günün qoroskopu: Partnyorunuzla gizli duyğuları bölüşmək zamanıdır
-
Çinə ən çox borcu olan ölkələr açıqlandı - Rusiya, Türkiyə, İran...
-
Azərbaycanda iki rəis vəzifəsindən azad olundu
-
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
-
“Bundan gözəl nə ola bilər?” - Cavid Qurbanov
-
Leylan Nəsirovaya yüksək vəzifə verildi
-
Azərbaycan polisi asayişin keşiyində: Operativ reaksiya və təhlükəsizlik
-
Türkiyədə zəlzələ oldu
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarı yola düşdü
-
İranda internetlə bağlı mühüm qərar
-
Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO
-
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Bəzi şəhər və rayonlarda işıq olmayacaq





