Yeni texnologiyalar 85 milyon iş yerini ixtisar edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Texnoloji tərəqqi nəticəsində avtomatlaşdırma səbəbindən 2025-ci ilədək 15 iqtisadiyyat sahəsində 85 milyon iş yeri ixtisar oluna bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dünya İqtisadi Forumunun hesabatında deyilir.
Ekspertlərin fikrincə, "robotlar inqilabı" 97 milyon yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Ümumilikdə gələcəkdə əvvəlki illərdən fərqli olaraq yeni vəzifələrin yaranması mövcud olanların yoxa çıxmasından daha zəif baş verəcək.
Forumun ekspertlərinin qiymətləndirməsinə görə, 2025-ci ilədək insan və kompüterlər arasında iş yarıya bölünəcək. Bununla yanaşı, avtomatlaşdırma məlumatların daxil edilməsi və emalı, mühasibat uçotu, bir sıra inzibati vəzifələr kimi fəaliyyət növlərinə şamil ediləcək.
Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən keçirilən sorğuya görə, biznes nümayəndələrinin 43 faizi yeni texnologiyaların tətbiqi səbəbindən iş yerlərini ixtisar etmək niyyətindədir. İşəgötürənlərin 41 faizi bir sıra iş növlərinin yerinə yetirilməsi üçün podratçıların şəbəkəsini genişləndirməyi, 34 faizi isə yeni texnologiyaların inteqrasiyası üçün tələb olunan yeni işçi qüvvəsini cəlb etməyi planlaşdırır.
"Avtomatlaşdırmanın sürətləndirilməsi və koronavirus pandemiyası ilə bağlı tənəzzülün nəticələri əmək bazarlarında mövcud tənasübsüzlüyü dərinləşdirib və 2007-2008-ci illər qlobal iqtisadi böhranından sonra nail olunan işsizlik səviyyəsinin azaldılmasını sıfıra endirib", - deyə Dünya İqtisadi Forumunun idarəedici direktoru Səədiyə Zahidi bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
XƏBƏR LENTİ
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev





