Həkimdən TÖVSİYƏ: Xəstəliyi boğulma dərəcəsinə çatdırmaq lazım deyil…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaddan çıxarmayaq ki, COVİD-19 Azərbaycanda hələ də var və hər gün yeni yoluxmalar, insan ölümü qeydə alınır. Ona görə də, məhz indi, yaydan payıza keçdiyimiz - respirator xəstəliklərin baş qaldırdığı dövrdə daha ehtiyatlı olmalı, soyuqdəymələrdən qorunmalıyıq.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru, ümumi cərrah, Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə rəis müavini Bəxtiyar Musayev bildirib.
B. Musayev bildirib ki, hazırda ölkəmizdə erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqların qaytarılması uğrunda müharibə gedir. Hamının diqqəti indi cəbhə zonasına yönəlib: "Lakin bu o demək deyil ki, ölkədə koronavirus infeksiyası daha yoxdur. Əksinə, cəbhə zonasında da, arxa cəbhədə də bu yoluxmalardan daim qorunmaq lazımdır.
Məlumdur ki, 2020-ci ilin gəlişi hər yerdə COVİD-19 pandemiyasının geniş yayılması ilə əlamətdar oldu. Azərbaycan da infeksiyanın yayıldığı ilk dövrdən bu böyük bəla ilə mübarizəyə qoşuldu və bu işdə mühüm irəliləyişlər müşahidə edildi. Hökumətin həyata keçirdiyi operativ tədbirlər sayəsində pandemiyanın yayılması bir qədər səngidi. Yaddan çıxarmayaq ki, COVİD-19 Azərbaycanda hələ də var və hər gün yeni yoluxmalar, insan ölümü qeydə alınır. Ona görə də, məhz indi, yaydan payıza keçdiyimiz - respirator xəstəliklərin baş qaldırdığı dövrdə daha ehtiyatlı olmalı, soyuqdəymələrdən qorunmalıyıq.
Hazırda payızın gəlişi ilə respirator xəstəliklərin artdığı bir vaxtda özümüzü koronavirusdan qorumaq üçün gigiyna qaydalarına riayət etməklə yanaşı, havaların dəyişkən olduğunu nəzərə alaraq, geyimə fikir vermək lazımdır. Hava buludlu olarsa, evdən çıxdıqda pencək, gödəkçə və çətir götürməyi unutmaq olmaz".
Həkim bildirib ki, özümüzü soyuqdəymədən qorumaq üçün təkcə düzgün geyimi seçmək azdır, belə ki, xəstəliklərə yoluxmamaq üçün immuniteti möhkəmləndirmək də vacib şərtlərdən biridir: "Bolluca meyvə-tərəvəz yemək, sağlam qidalara üstünlük vermək, vitamini, mineralı çox olan qidalar qəbul etmək və təmiz havada gəzmək lazımdır.
Gigiyena qaydalarına ciddi riayət etməyi yaddan çıxarmayın: maska, əlcək, spirtdən istifadə edin. COVID-19 virusu əsasən hava-damcı yolu ilə yayıldığı üçün insanların çox toplaşdığı yerlərdə, açıq və qapalı məkanlarda 2 metr ara məsafəsinin saxlanılması olduqca vacibdir. Yeni koronavirus xəstəliyi zamanı boğazda ağrı, yüksək hərarət, quru öskürək, tənəffüs çatışmazlığı, iy və dadbilmə qabiliyyətinin itməsi müşahidə olunur. Bu əlamətlər olarsa, dərhal həkimə müraciət etmək və testdən keçmək lazımdır. Xəstəliyi boğulma dərəcəsinə çatdırmaq lazım deyil, bu halda müalicə daha çətin olur. Bütün bu qaydalara riayət etməklə özünüzü koronavirusdan qorumuş olarsınız".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)





