Mütəxəssis: "Payız-qış aylarında qripə qarşı peyvəndlərin böyük əhəmiyyəti var"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər havaların soyuması ilə respirator xəstəliklərin də artması müşahidə olunur. Payız fəslinin gəlişi ilə qripə yoluxanların sayı artır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Namq Novruzov bildirib:"Unutmaq lazım deyil ki, pandemiya davam edir və son 3-4 günün məlumatları təhlükənin sovuşmadığını, əksinə, daha da artdığını deməyə əsas verir. Bəs belə olan halda özümüzü necə qoruyaq?
Bir həkim kimi demək istərdim ki, mütləq ictimai yerlərdə, qapalı məkanlarda ara məsafə saxlamaq, tibbi maskalardan düzgün istifadə etmək, əlləri tez-tez sabunla yumaq və ya spirtlə silmək, zəruri olmadıqda evdən çıxmamaq vacib şərtlər olaraq qalır. Özünüzdə hərarətin qalxması, öskürək, boğazda qıcıqlanma, ağrı hiss etdikdə həkimə müraciət edin, boğulma anını gözləməyin, sonra müalicə almaq mümkün olmaya bilər".
Mütəxəssis uşaqları da bu virusdan qorumağı tövsiyə edib: "Əvvəllər uşaqların bu virusa yoluxmaması barədə danışırdıqsa, hazırda onların da koronavirusa yoluxması barədə faktlar var. Çalışın uşaqların və özünüzün immunitetini möhkəmləndirən qidalar qəbul edəsiniz. Vitamin və minerallarla zəngin məhsullar immuniteti möhkəmləndirir. Açıq havada çox gəzin, amma bu zaman tibbi maska və ara məsafə saxlamağı da unutmayın. Beləliklə, özünüzü və sevdiklərini koronavirusdan qorumuş olarsınız. Payız-qış aylarında qripə qarşı peyvəndlərin də çox böyük əhəmiyyəti var. Məlumdur ki, koronavirusa qarşı vaksin hələ yoxdur. Ona görə də, adi qripə qarşı peyvəndlərin vurulması müsbət təsir göstərir.
Çətin və məsuliyyətli, bununla belə zəfər dolu, qələbə dolu xoşbəxt günlər yaşayırıq. Müzəffər ordumuz hər gün bizi yeni qələbələri ilə sevindirir. Eyni zamanda yaralı əsgərlərimizi də unutmayın. Onlara da həkimlərin yardımı lazımdır. Həkimlərimizə cəbhədən qayıdan yaralı əsgərlərimizin daha çox ehtiyacı var. Özünüzü, ətrafınızda olan insanları koronavirusdan qorumaqla, ordumuzun igid əsgər və zabitlərinə də kömək etmiş olarıq. Hər iki cəbhdə qələbə bizimlə olacaq!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
XƏBƏR LENTİ
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir





