Maraqlı

Körpələrə yemək verilən əmzikli qablar təhlükəlidir? - Yeni araşdırma

24 Oktyabr 2020 20:40
Baxış: 1 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlara yemək verilən əmzikli butulkalarla bağlı araşdırma aparılıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, İrlandiyadan olan alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, bu qablar yemək hazırlanma prosesində istiyə məruz qaldıqca özündən mikroplastik hissəciklər buraxır. Dublin Trinity Kollecinin alimi Liwen Şiaonun rəhbərliyi altında aparılan araşdırma çərçivəsində 10 butulka növü araşdırılıb.

Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub. Araşdırmaçılar müxtəlif əmzikli qablarda yemək hazırlayıblar və istinin təsirindən yeməkdən mikroplastik hissəciklərin ayrıldığını müşahidə ediblər. Bildirilib ki, bu qabların içərisindəki maye nə qədər isti olarsa, bir o qədər çox mikroplastik buraxa bilir.

Mütəxəssislərə görə, körpələr həmin qablarda yedikləri süd, qida qarışıqları ilə gündə təxminən 1,6 milyon mikroplastik hissəcik qəbul edirlər.

Tədqiqatın nəticələrinə əsasən məqalə yazan Vyana Tibb Universitetinin alimi Philipp Schwabl isə bildirib ki, aşkarlanan mikroplastik hissəciklərin sayı çox yüksək görünür. Onun sözlərinə görə, bu mikroplastik hissəciklərin həzminin körpələrə və ya ümumiyyətlə, insan sağlamlığına necə təsir etdiyi hələ bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.