Payızda ən çox yayılan xəstəliklərdən biri - Viruslu konyunktivit
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Payız və qış aylarında havaların soyuması ilə bir çox xəstəliklərin rast gəlmə tezlikləri artır. Belə xəstəliklərdən biri də viruslu konyunktivitlərdir. Konyunktivit göz alması və göz qapaqlarını daxildən örtən selikli qişanın iltihabıdır.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bildirib.
Mütəxəssis bildirib ki, konyuktivit infeksion, bakterial, virus, allergik mənşəli olmaqla qruplara bölünür. İmmun sistemin zəifləməsi fonunda ortaya çıxan viruslu konyunktivitlərə məhz bu fəsildə daha çox rast gəlinir: "Yüksək yoluxuculuğu ilə seçilən epidemik keratokonyunktivit törədicisi adenovirusun 50-dən çox serotipi var. Bu virus adenovirus konyunktivit yaxud farinqo-konyunktivial "qızdırma" hallarını da törədir".
A.Əliyeva qeyd edib ki, belə vəziyyət yuxarı tənəffüs yolları iltihabı, qulaqətrafı limfa düyünlərinin şişməsi, qızdırma və baş ağrısı əlamətləri ilə müşahidə olunur: "Yaxud sadalanan əlamətlərdən sonra adenovirus konyunktivit başlayır. Bu etiologiyalı konyunktivit ən azı 2 həftə davam edir. Xəstəlik ilk 3 gündən sonra kəskinləşir.
Epidemik keratokonyunktivit həm konyunktiva, həm də buynuz qişa zədələnməsi ilə keçdiyinə görə daha ağır klinikalı olub, 3-4 həftə davam edir. Xəstəlik kontakt yolla yayılır, lakin hava-damcı yolu ilə də keçmə ehtimalı var.
Hər iki halda gözlərdə qızartı, qaşıntı, gözdə "yad cisim" hissi, sulanma, qapaqlarda ödem müşahidə olunur. Əvvəl bir göz, bir neçə gün sonra isə ikinci gözdə yaranır.
Epidemik keratokonyunktivitin II mərhələsində klinikaya buynuz qişa zədələnməsi qoşulur".
Onun sözlərinə görə, məhz bu mərhələdə görmədə zəifləmə ortaya çıxır. Buynuz qişada yaranmış nöqtəvari infiltratlar ("ləkələr-bulanma") uzun müddətdə sorulur. Bəzən ağırlaşma kimi ortaya çıxan bu ləkələr, gözdə quruluq, zəif görmə 1 il ərzində keçib gedir.
Oftalmoloq bildirib ki, gözlərin müalicəsinə bəzən sistemik müalicə də əlavə olunur. Pasientlərdən maksimal şəxsi gigiyenaya, izolyasiyaya riayət etmək və səbr tələb olunur. Eynək istifadəçiləri xəstəlik periodunda eynəkləri hər gün yumalı, linza istifadəçiləri xəstəlikdən öncə istifadə etdikləri linzalarını atmalı, sağalanadək qəti linza istifadə etməməli, damla flakonları gözlərə toxunmamalı, hər dəfə istifadə olunan salfet yaxud pambıq parçası tullanmalı, hər dərman damladılması prosesindən sonra əllər sabunla yuyulmalı, pasientlər şəxsi əşyalarını ailə üzvlərindən ayırmalı və hər gün yeniləməlidirlər. Bu xəstəliyə yoluxmamaq üçün isə immun sistemi qorumaq, gücləndirmək, gigiyenada diqqətli olmaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
XƏBƏR LENTİ
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü





