Maraqlı

Murat Bozdan Gəncə terroru ilə bağlı paylaşım: "Dualarımız sizinlədir"

17 Oktyabr 2020 15:52
Baxış: 1 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Gəncədə törətdiyi növbəti  terrora türkiyəli məşhurlar biganə qalmayıb, sosial şəbəkələrdə Azərbaycana dəstək nümayiş etdiriblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, onlardan biri də məşhur müğənni Murat Bozdur. Sənətçi ermənilərin törətdiyi Gəncə terroru ilə bağlı paylaşım edərək, yazıb:

"Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə edilən xain terror zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbir diləyirəm. Dualarımız sizinlədir, başınız sağ olsun".

Qeyd edək ki, son məlumata görə, Ermənistanın Gəncəyə raket atəşi nəticəsində mülki əhalidən 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.