Infiniti ikinci nəsil QX60 modelinin carçısını nümayiş etdirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üç il əvvəl Infiniti şirkəti öz konseptləri üçün uyğun bir ad tapıb - Monograph. Bildiyimiz kimi, monoqrafiya bir mövzunun dərindən öyrənilməsinə yönəlmiş elmi işdir. Beləliklə, Infiniti QX60 Monograph konsepti bizi texniki detallara və interyerə belə diqqət ayırmadan yalnız dizayn məsələsini araşdırmağa dəvət edir.
2021-ci ildə debüt edəcək iri üçsıralı Infiniti QX60 krossoverinin ikinci nəsli təqribən belə bir dizayna sahib olacaqdır. Üstəlik, konsept yaxın gələcəkdə Infiniti avtomobillərinin dizaynının inkişafının ümumi istiqamətini də müəyyənləşdirir. Şirkət yeni üslub fəlsəfəsini origami, kimono və yapon mədəniyyətinin digər atributları ilə müqayisə edir. Görünən oldur ki, Infiniti dizaynerləri ibarəli həll yollarından imtina edərək minimalizm üslubuna üstünlük veriblər.
Milli.Az autograph.az-a istinadən bildirir ki, məsələn, S-şəkilli dam sütunları keçmişdə qalıb. Kapot daha az çıxıntılı olub, qaldırılmış pəncərə xətti krossoveri vizual olaraq daha "ağır" və daha sanballı edib. Maraqlıdır ki, konsept ənənəvi arxa görüntü güzgülərinə malikdir. "Batırılmış" qapı tutacaqlarının seriya avtomobilində tətbiq edilməsi ehtimalı da böyükdür.
Texniki hissə haqqında yalnız ilkin məlumatlar mövcuddur. Görünən odur ki, yeni Infiniti QX60 modeli cari modelin köndələn yerləşən mühərrikdən və "əsas" ön ötürmədən ibarət olan quruluşunu qoruyub saxlacaqdır. Çox güman ki, atmosfer V6 mühərriki və CVT variatoru da saxlanılacaqdır. Bununla belə, yeni krossoverin mühərrik çeşidinə Infiniti QX50 krossoverindən götürülmüş dəyişkən sıxılma nisbətinə sahib olan 2.0-litrlik dördsilindrli turbomühərrikin daxil edilməsi ehtimalı da yüksəkdir.
Zavoddaxili JX indeksinə malik olan cari Infiniti QX60 krossoveri 2011-ci ildə debüt edib və 2012-ci ildə satışa çıxarılıb. O vaxtdan bəri iki modernləşdirilmiş krossover hələ də Şimali Amerika bazarında ən populyar Infiniti modelidir: keçən il 43 min avtomobil satılıb. 2019-cu ildə yapon markasının ümumi satışları 118 min avtomobil təşkil edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)





