Maraqlı

"WhatsApp"da daha bir YENİLİK

2 Oktyabr 2020 22:04
Baxış: 11 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" mesencerinin tezliklə təchiz ediləcəyi yeni proqramda müəyyən chatlardan gələn ismarıcları tamamilə bağlamaq mümkün olacaq.

Milli.Az medicina.az-a istinadən bildirir ki, "Android" əməliyyat sistemi üçün əlavənin bu funksiyaya malik beta versiyası sınaq mərhələsindədir.

Belə ki, aramsız icmarıclar göndərərək bezdirən hər hansı chat istifadəçilər tərəfindən qrupu tərk etmədən söndürülə biləcək. Əvvəllər "WhatsApp"da belə chatları 8 saat, bir həftə, bir il müddətinə bağlana bilirdisə, bundan belə "Telegram"da olduğu kimi, həmişəlik bağlana biləcək.

Bundan əlavə chatlar saxlancının menusu daha təfərrütlı olacaq. "WhatsApp"ın yeni funksiyasının işlək olduğu sabit versiyası yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.