Maraqlı

Superleggera studiyası reto üslubda hazırladığı superkarı təqdim edib - FOTO

17 Oktyabr 2020 23:30
Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtalyan Touring Superleggera studiyası mütəmadi olaraq fərqli markaların seriya avtomobillərinə əsaslanan yeni modelləri təqdim edir. Məsələn, iki il əvvəl ştudiya Cenevrə avtosalonunda Maserati GranTurismo modelinin əsasında inşa edilən Sciadipersia kupesini nümayiş etdirmişdi. Bir il sonra isə, eyni modelin açıq versiyası debüt etmişdi. Bu dəfə, italyan studiyası Ferrari F12berlinetta modelinə əsaslanan Aero 3 superkarını nümayiş etdirib. Yeni superkar təkcə orijinal avtomobilin şassinə deyil, həmçinin V12 mühərrikinə də sahib olub.

Yeni Touring Superleggera Aero 3 modelinin eksteryer dizaynı hazırlanarkən, dizaynerlər 1930-cu illərin yarış avtomobillərindən ilham alıblar:  superkarın əsas fərqləndirici xüsusiyyəti, aerodinamikaya heç bir təsir göstərməyən, arxada yerləşdirilmiş nəhəng mərkəzi "üzgəcdir". Bununla belə, avtomobil müasir italyan superkarlarına bənzəyir.  Avtomobilin görkəmində onun texniki donoruna xas olan cizgilər yoxdur - Aero 3 tamamilə yeni optikya, kuzov dəstinə, kapota, qapılara və hətta yan şüşələnmə xəttinə malik olub.

Bununla birlikdə, F12berlinetta modeli kimi, yeni Touring Superleggera Aero 3 də üçqapılı hetçbekdir -  baqaj qapağının arxasında geniş məkan gizlənir. Salondakı ön panelin arxitekturası və sükan Ferrari barədə xatırladır, lakin mərkəzi konsol və yeni oturacaqlar, qapıların və oturacaqların tərtibatı bir qədər fərqlidir. Qara və qırmızı rəngli tərtibat və xarakterik təhlükəsizlik kəmərləri salona xüsusi görünüş bəxş edir.

Yeni superkarın orijinal avtomobildən təxminən 20 santimetr uzundur.Kuzov panellərinin əksəriyyətinin karbon lifindən hazırlanmasına baxmayaraq, Aero 3 orijinal modeldən yüngül deyil. Buna görə də, onun dinamik xüsusiyyətləri F12berlinetta ilə eynidir: 740 at qüvvəsi və 690 Nm fırlanma anı hasil edən  6.3-litrlik V12 atmosfer mühərriki və yeddi pilləli "robot" ilə təchiz edilmiş arxa ötürməli superkar 100 km/saat həddinə 3.1 saniyəyə sürətlənir. Maksimum sürət də dəyişməyib - 340 km/saat.

İtalyan atelyesi Touring Superleggera Aero 3 modelinin qiyməti barədə məlumat verməyib. Yeganə məlum olan superkarın tirajıdır - 15 ədəd. Bir superkarın yığılmasına altı aya yaxın vaxt  sərf olunur.Avtomobillərin hər biri müştərinin tələb və istəklərini nəzərə alınmaqla inşa ediləcəkdir - italyanlar geniş fərdiləşdirmə imkanları vəd edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.