BMW yeni M3 və M4 modellərini təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gözlənildiyi kimi, bu gün, BMW şirkəti nəhəng "burun" dəliklərinə malik olan altıncı nəsil M3 sedanını və M4 kupesini təqdim edib. Sportkarlar mexaniki ötürmələr qutusu, arxa və tam ötürmə ilə təchiz olunur, habelə 510 at qüvvəli Competition modifikasiyasında təklif edilirlər.
Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni "bərkgedən" modellər keçən ilin iyun ayında debüt etmiş BMW 4 Series kupesinin üslubunda dizayna malikdirlər. Hər iki modelin də ön hissəsinin mərkəzini tam şəkildə tutan iri radiator barmaqlığı ilə təchiz edilib. Dövlət nömrə nişanı bu barmaqlığı iki hissəyə bölür. Bundan əlavə, avtomobillər hava girişləri olan çıxıntılı kapota, yenidən işlənmiş LED fənərlərə, karbon lifli ilə gücləndirilmiş polimerdən hazırlanmış dama və iki firma rənginə sahib olublar: Isle of Man Green və Sao Paolo Yellow.
Standart olaraq M3 sedanı və M4 kupesi 479 at qüvvəsi və 550 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli biturbomühərrik ilə təchiz edilirlər. Ən güclü Competition versiyasında bu mühərrik 510 at qüvvəsi və 650 Nm fırlanma anı təklif edir.
Birinci variantda, hər iki avtomobil yerindən 100 km/saat həddinə 4.2 saniyəyə sürətlənir. Maksimal sürət həddi elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. M Driver paketini sifariş etdikdə bu hədd 290 km/saata qədər çəkilir. Competition versiyası 100 km/saat həddinə sürətlənməyə 3.9 saniyə sərf edir.
Standart olaraq, M3 və M4 modelləri altı pilləli mexaniki transmissiya və arxa ötürmə ilə təchiz olunurlar. Belə transmissiya səkkiz diapazonlu "avtomatdan" 22,7 kiloqram yüngüldür və BMW nümayəndələrinin bildirdiyinə görə, çəkinin oxlar arasında optimal şəkildə paylanmasına kömək edir. Competition versiyası yalnız avtomatik transmissiya, habelə M aktiv arxa differensialı olan M xDrive tam ötürmə sistemi əlçatandır.Əlavə ödəniş ilə bu sistem standart modellərdə də quraşdırıla bilər.
Yeni modellər Adaptive M adaptiv asqısı, M Servotronic sükan mexanizmi, ön tərəfdə altı porşenli supportları və 380 millimetrlik əyləc diskləri, arxada isə tək porşenli supportları və 370 millimetrlik əyləc diskləri olan əyləc sistemi ilə təchiz edilirlər. Bundan başqa, qızıl rəngli supportları, öndə 400 millimetrlik, arxada 380 millimetrlik disklər olan opsional karbon-saxsı əyləc mexanizmləri də təkli olunur.
Bundan əlavə, karbon lifli ilə möhkəmləndirilmiş plastik elementlər dəsti olan M Carbon paketi də təklif edilir. Dəstin tərkibinə arxa spoylervə diffuzor, habelə güzgü gövdələri daxildir. Salonda quraşdırılımış standart oturacaqları, onlardan 9,5 kiloqram daha yüngül olan karbon oturacaqlarla əvəzləmək olar.
M3 və M4 modellərində öndə 18-düymlük, arxada isə 19-düymlük yüngül lehimli təkər diskləri quraşdırılır. Competition modifikasiyasının təchizatına, müvafiq olaraq, cilalanmış çənbəri olan 19 və 20 düymlük təkər diskləri daxildir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”





