64 kiloqram arıqlayan qadın uğurunun sirrini bölüşdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Texas ştatının Dallas şəhərinin sakini iki il ərzində 64 kq arıqlayıb.
Milli.Az sherg.az-a istinadən bildirir ki, "Womens Health" onun uğurunun sirrini açıqlayıb.
Əczaçılıq şirkətinin 35 yaşlı əməkdaşı Şavonda Brikli 28 yaşında artıq 157 kq olub. 2017-ci ilin dekabr ayında onun həyatında qara zolaq başlayıb, müəyyən çətinliklər yaşayıb.
"Mən hər zaman başqalarının xoşbəxtliyini özümünkündən vacib saymışam, özümü həmişə ikinci yerə qoymuşam. Müəyyən hadisələr oldu və mən düşündüm ki, artıq buna son qoymağın vaxtı çatıb", - deyə amerikalı danışıb.
Həmin vaxtdan etibarən o, həyatını dəyişmək qərarına gəlib.
Qadın bir sıra pəhrizləri yoxlasa da, nəticələr uğursuz olub. 2019-cu ildə o, ketopəhriz haqqında məlumat oxuyur və bunu sınamaq qərarına gəlir.
O, hər gün səkkiz saatlıq "pəncərə müddəti"ndə istədiyini yeyib, qalan 16 saatı isə ac qalıb.
Hazırda qadın adətən səhər yeməyini ötürür, bəzən isə bekon, yumurta və pendirlə kifayətlənir. Şam yeməyinə isə Brikli qrildə bişmiş toyuq və brokkoli yeyir. Desert kimi özünə keto dondurma, yaxud karamelli və fındıqlı baton icazə verir.
Bundan başqa o, şəxsi məşqçi ilə həftədə üç dəfə idmanla məşğul olur.
"Onun yanına getməyəndə isə altı kilometr yol gedirəm, ya da mobil tətbiqlə qaçıram", - deyə Brikli bildirib.
O, çəki atma məsələsində uğursuzluğa düçar olanlara təslim olmamaq barədə tövsiyə verib.
"Haradan başlayacağına əmin olmayan hər kəsə məsləhətim: harada başlamağınız və nə qədər kilo atmağınız vacib deyil, sadəcə başlayın! Özünüzə qarşı xeyirxah olun. İdeala deyil, tərəqqiyə diqqət yetirin. Təslim olmayın - öz çəkinizdən başqa itirəcək bir şeyiniz yoxdur", - deyə o, sözlərini yekunlaşdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)





