Alimlər suyun yeni halını kəşf ediblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı tədqiqatçıların fikrincə, həddən artıq soyudulmuş su - bir yerdə olan iki mayedir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onlar maye suyun ölçülməsi tarixində ilk dəfə olaraq adi donma temperaturundan daha aşağı temperaturda ölçmə apardıqdan sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Science" jurnalında dərc edilib.
Su kimyəvi maddə kimi axıradək tədqiq edilməyib. Alimlər bəzən onu Yer üzündə ən müəmmalı substansiya adlandırırlar. Məsələ ondadır ki, su digər mayelərə bənzəmir - donanda genişlənir və digər mayelər kimi sıxılmır. Buz halında olanda suda batmır və səthdə üzür. Suyun qaynama temperaturu yüksəkdir və o, yaxşı həlledicidir: üzvi və qeyri-üzvi maddələrin çoxu müxtəlif şəraitdə suda həll olur. Nəhayət, suyun səthi gərilmə əmsalı böyükdür. Bütün bu unikal xüsusiyyətlərinə görə su Yer üzündə həyatın əsasına çevrilib.
Suyun digər bir keyfiyyəti də var - o, çox "həvəssiz" donur. Əgər digər mayelər bərk hala donma başlanan andan tədricən keçirsə, su axıradək "müqavimət" göstərir. İlkin bərkimək üçün suda həmişə nüvənin kristallaşması lazımdır.
ABŞ Energetika Nazirliyinin Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasından olan tədqiqatçılar bu kristal hissəciyin olmayacağı təqdirdə suyun hansı temperaturadək maye halında qalacağını yoxlamağı qərara alıblar.
Məlumdur ki, su buludlarda hətta ən aşağı temperatur zamanı həddən artıq soyumuş damcı kimi ola bilər. Daha yuxarı və soyuq laylardan bu buludlara xırda buz "tozu" düşəndə damcılar dərhal kristallaşır və yerə buz dənəciyi və ya dolu formasında düşür.
Alimlər laboratoriyada nazik buz pərdəsini lazerlə dağıdaraq həddən artıq soyumuş maye su yaradıblar. Sonra ultraqırmızı spektroskopiyanın köməyilə Kelvin şkalası üzrə 135-245 dərəcə intervalında, Selsi üzrə mənfi 138 dərəcədən mənfi 38 dərəcəyədək intervalda suyun dəyişməsinin ən xırda mərhələrinin hamısını izləyiblər.
Faza hallarını "stop-kadr"larında alimlər görüblər ki, su həddən çox soyudulduqdan sonra sıx maye fazaya kondensasiya edilir ki, bu da adi maye faza ilə yanaşı mövcud olmaqda davam edir. Bu halda temperatur Kelvin şkalasında 190-dan 245-ə artdıqda yüksək sıxlıqlı mayenin payı tezliklə azalmağa başlayır.
Alimlər ilk dəfə olaraq təcrübi şəkildə sübut ediblər ki, həddən çox soyudulmuş su sabit ikifazalı maye halında ola bilər. Fazalar arasında münasibət temperaturdan asılı olaraq dəyişir. Əvvəllər hesab edilirdi ki, həddən artıq soyudulmuş su qaçılmaz olaraq zaman keçdikcə bərk hala keçir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





