Volkswagen ID.4 modelinin interyerini nümayiş etdirib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Volkswagen ilk elektrik krossoveri olan ID.4 modelinin interyerini nümayiş etdirib. Salonun əsas xüsusiyyəti 30 rəngə malik olan"ağıllı" daxili işıqlandırma sistemi olacaqdır. Yeni krossover boz-qəhvəyi çalarlarda salona, böyük qapılara, yüksək oturuş mövqeyinə sahib olan oturacaqlara və 543 litrə qədər həcmi olan yük bölməsinə malikdir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, sərbəst məkan hissini qorumaq üçün ön panel minimalist üslubda tərtib edilib. Ön paneldə multimedia sisteminin "süzən" ekran-planşeti və ID.3 hetçbekindəki displeyin formasını təkrarlayan rəqəmsal cihazlar paneli yerləşir. Krossoverin interyerinin fərqli cəhətləri arasında ön paneldəki əyri formalı əlavələr və uzun formalı hava deflektorları var.
Krossoverin təchizatına opsional panoram dam və 30 rəngdə seçimə malik olan "ağıllı" daxili işıqlandırma daxildir. İşıqlandırma avtomobilin sistemləri ilə birlikdə işləyir və xüsusi işıq siqnalları verir. İşıqlandırma qapıların bağlanması və daxil olan zənglər barədə məlumat verə və ya naviqatorun məlumatlarından istifadə edərək, hərəkət zolağını doğru olana dəyişdirməyi məsləhət görə bilər.
Satışların başlanğıcında, alman həkimləri tərəfindən təsdiqlənmiş xüsusi oturacaqları olan və məhdud saylı seriyada buraxılacaq ID.4 1ST Max1 modeli təklif ediləcəkdir. Bu oturacaqlar bir neçə variantda elektrik tənzimlənməsinə və masaj funksiyalı pnevmatik bel dəstəyinə sahib olacaqdırlar .
Volkswagen ID.4 krossoverinin güc qurğusu haqqında məlumat hələlik gizli saxlanılır. Krossoverin ümumi gücü 300 at qüvvəsi olacaq iki elektrik mühərriki ilə təchiz olunacağı gözlənilir. ID.4 modeli dolu batareya ilə 500 kilometrə qədər məsafə qət edə bilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





