Maraqlı

Pendirin faydaları - Yaddaşı möhkəmləndirir, immuniteti gücləndirir

20 Sentyabr 2020 19:20
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süd məhsullarının orqanizm üçün faydaları olduqca çoxdur. Ən çox istifadə etdiyimiz süd məhsuallarından biri də pendirdir. Gündəlik olaraq süfrələrimizi pendirsiz təsəvvür etmək mümkün deyil.

Pendirin hansı faydaları var?

Milli.Az bu barədə daha bir maarifləndirici yazını - pendirin orqanizmə faydaları barədə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin hazırladığı materialı təqdim edir:

Pendir xüsusi fermentlər və süd-turşu bakteriyaları vasitəsilə südün mayalanması nəticəsində alınan qida məhsuludur. Pendirin tərkibində zülallar, yağlar, mineral maddələr, fermentlər, vitaminlər və digər qida maddələri mövcuddur. Pendirdəki zülallar süddəki zülallara nisbətən daha yaxşı həzmolunma xüsusiyyətinə malikdir. Südün keyfiyyətindən asılı olaraq, pendirin tərkibində 25 %-ə qədər zülal, 60 %-ə qədər yağ və 3,5 %-ə qədər karbohidrat mövcuddur. 100 q pendirin enerji dəyəri 200-400 kkal arasında dəyişir. Südün
mənşəyi və tərkibindən asılı olaraq (qoyun, keçi, inək südü və s.), müxtəlif növ-bərk, yarımbərk, yumşaq, toz, krem və s. şəklində pendir hazırlana bilər. Pendirin hazırlanmasında süddən başqa, bir sıra köməkçi vasitələrdən də istifadə edilir ki, onlara dadlandırıcı, qoruyucu, konservləşdirici və digər qatqı maddələrini aid etmək olar.

Pendirin faydaları:

Kalsium mənbəyi
Fol turşusu və B2 vitamini ilə zəngin
Təbii probiotik
Sinir sistemi üçün faydalı
Güclü antioksidant

Həmçinin, pendir yaddaşın möhkəmlənməsini təmin etməklə yanaşı immun sistemini də gücləndirir.

Pendir hazırlayarkən pasterizə və ya sterilizə edilmiş süddən istifadə tövsiyə olunur. Pendirin duzda düzgün yetişdirilməsi də vacib şərtlərdən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.