Avropada elektromobillərin tətbiqi sürətlənəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nissan", "Renault" və "Uber" şirkətləri arasında Avropada elektrik mühərrikli avtomobillərin tətbiqinin sürətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, saziş çərçivəsində işlər bir neçə istiqamət üzrə aparılacaq. Məsələn, "Uber" əlavəsi vasitəsilə Avropa ölkələrinin sürücüləri "Renault" və "Nissan" avtomobillərindən istifadə edə biləcəklər: bunlar "ZOE" və "LEAF" modelləri, eləcə də hər iki istehsalçının gələcəkdə buraxılacaq elektromobilləri olacaq.
Bundan başqa, atmosferə sıfır dərəcədə zərərli maddələr buraxan nəqliyyat vasitələrinə diqqətin cəlb edilməsi məqsədilə xüsusi marketinq proqramları təşkil olunacaq. Saziş iştirakçıları "Uber" tərəfdaş sürücüləri üçün elektromobilləri və onların üstünlüklərini reklam etmək, eləcə də elektromobillərin imkanlarını qiymətləndirməyə imkan verən sınaq yürüşləri təklif etmək niyyətindədir.
Yeni təşəbbüs "Uber" şirkətinin ekoloji təmiz nəqliyyat platformasına çevrilməsi üçün miqyaslı proqramın tərkib hissəsidir. 2025-ci ilədək "Uber" avtomobillərinin qət etdiyi ümumi məsafənin yarısı yeddi Avropa paytaxtının - Amsterdam, Berlin, Brüssel, Lissabon, London, Madrid və Parisin elektromobillərinin payına düşəcək. Artıq 2021-ci ilin sonunda "Uber" sürücüləri şirkətin fəaliyyətinin 80 faizinin cəmləşdiyi Avropa şəhərlərində sıfır dərəcəli zəhərli tullantıya malik avtomobillər seçə biləcəklər.
Qeyd olunur ki, 2010-cu ildən təkcə "LEAF" elektromobillərinin sahiblərinin dünyada qət etdiyi ekoloji təmiz məsafə 14,8 milyard km təşkil edir, eləcə də 2,4 milyard kq karbon qazının atmosferə buraxılmasının qarşısı alınıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
Messi Avropada klub alır
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
Azərbaycanda ÜDM 1,2 faiz artdı
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Sükan arxasında bu mahnını dinləmək təhlükəlidir
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb
-
Müğənni Səidənin əri ilə rəqsi yarımçıq qaldı – Müzakirə yaradan Video
-
Xalq artisti xəstəxanaya yerləşdirildi
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı





