Venesiya Film Festivalının qalibləri elan edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-da işləyən Xloi Çjaonun "Köçərilərin torpağı" ("Nomadland") filmi 77-ci Venesiya Film Festivalının əsas mükafatı - "Müqəddəs Markın qızıl şiri"ni alıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aktrisa Keyt Blanşettin başçılıq etdiyi beynəlxalq münsif heyəti bildirib. Qaliblərin elan edilməsi mərasimi festivalın saytında yayımlanıb.
Bundan başqa, yapon Kiesi Kurasavanın "Cəsusun həyat yoldaşı" ("Wife of a Spy") filmi ən yaxşı rejissor işinə görə "Müqəddəs Markın gümüş şiri"nə layiq görülüb. Münsif heyətinin qran-prisini (ikinci "Müqəddəs Markın gümüş şiri") "Yeni qayda-qanun" ("New Order") filminə görə meksikalı Mişel Franko alıb.
Rusiyalı Andrey Konçalovskinin "Əziz yoldaşlar!" filmi münsif heyətinin xüsusi mükafatını alıb.
İtalyan Pyerfrançesko Favino Klaudio Noçenin "Bizim ata" ("Padrenostro") filmində roluna görə ən yaxşı aktyor kimi Volpi Kubokuna layiq görülüb.
Volpi Kubokunu ən yaxşı qadın roluna görə isə britaniyalı aktrisa Vanessa Kirbi alıb. O, əsas müsabiqədə iştirak edən iki filmdə oynayıb - Mona Fastvoldun "Gələcək dünya" ("The World to come") və Kornela Mundrutsonun "Qadının fraqmentləri" ("Pieces of a Woman").
Ən yaxşı senariya görə Hindistan istehsalı olan "Şagird" ("The Disciple") filmi mükafatlandırılıb. Gənc aktyorlar və aktrisaların təltif edildiyi Marçello Mastroyanni adına mükafatla İranın "Günəşli uşaqlar" ("Khorshid") adlı lentində rol alan gənc ifaçılar mükafatlandırılıb.
Ən yaxşı debüt filmi portuqaliyalı əsilli rejissor Ana Roçi de Souzun mühacirlər haqqında çəkdiyi "Dinlə" ("Listen") işi olub.
Qeyd edək ki, əsas müsabiqəyə daxil olan 18 film arasında azərbaycanlı rejissor Hilal Baydarovun "In Between Dying" filmi ("Səpələnmiş ölümlər arasında") filmi də olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)
XƏBƏR LENTİ
-
Sərhəddə İrandan gətirilən 111 kiloqram narkotik aşkarlandı
-
Pakistan Əfqanıstana zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)





