Maraqlı

Ucuz “Android” smartfonlarında pul oğurlayan proqramlar aşkarlandı

3 Sentyabr 2020 08:51
Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi regionlarda ucuz "Android" smartfonlarına böyük tələbat var. Çox vaxt belə aparatların istehsalçıları qiymətə görə güzəştə gedir və nəticədə qurğular o qədər də keyfiyyətli materiallarla təchiz edilmir. Bu yaxınlarda baş vermiş hadisə isə istehsalçıların təhlükəsizlik məsələsinə yetəri qədər diqqət ayırmadığını göstərib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, Afrikada Çinin ucuz "Android" smartfonlarında pul oğurlamaq üçün öncədən quraşdırılmış proqramlar aşkar edilib. Alıcılardan biri onun smartfonuna çoxlu reklam bildirişlərinin gəldiyini deyib, günlərin birində isə heç vaxt abunə olmadığı çoxlu sayda pullu abunə aşkar edib.
 
Mütəxəssislər problemi araşdırıblar və məlum olub ki, qurğulara öncədən zərərverici proqram quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.