Lister Britaniyanın ən sürətli krossoverini təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yenidən dirçəldilmiş Lister markası ekstremal Thunder kupesi ilə bazara qayıtdığınl bəyan etmişdi. İki il əvvəl firma ekstremal LFP krossoverini hazırlayacağını elan etsə də, avtomobilin debütü gecikib - məlum məsələdir ki, pandemiyada şirkətin planlarına düzəlişlər edib, buna görə də krossoverin debütü yalnız indi reallaşıb. Eyni zamanda, ekstremal krossover özünəməxsus ada malik olub - Lister Stealth.
Milli.Az autograph.az-a istinadən bildirir ki, əslində, bu krossover 550 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edən 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilmiş və ciddi şəkildə dəyişdirilmiş Jaguar F-Pace SVR modelidir. Krossover 100 km/saat həddinə 4.3 saniyəyə sürətlənir və 283 km/saatlıq maksimal sürətə malikdirr.
İlkin olaraq, Lister mühəndisləri mühərrikin üzərində çalışıblar: aqreqat daha effektiv kompressora, yeni interkulerə və hava filtrnə, həmçinin "birbaşa" buraxılış sisteminə sahib olub. Nəticədə, mühərrikin hasilatı 675 metrik at qüvvəsinə (və ya 666 "İngilis" at qüvvəsinə) və 881 Nm fırlanma anına qədər artıb.
Şirkət transmissiyadakı (səkkiz pilləli "avtomat" və muftalı tam ötürmə) dəyişikliklər barədə heç bir məlumat verməyib. Bununla belə, asqısı yenidən işləndiyi və daha güclü əyləclər quraşdırıldığı bildirilib.
Mühərrikin daha səmərəli soyudulmasını təmin etmək üçün ön bamperdəki hava girişləri genişləndirilib. Avtomobilin aerodinamikasını yaxşılaşdırmaq üçün karbon splitter və inkişaf etdirilmiş diffuzor quraşdırılmış, 23-düymlük təkər disklərini yerləşdirmək üçün təkər tağları da genişləndirilmişdir. Nəhayət, salon bahalı dəri ilə üzlənmişdir.
Nəticədə, 1950 kiloqram ağırlığında olan Lister Stealth modeli 60 mil/saat (97 km/saat) həddinə 3,6 saniyəyə sürətlənir və onun maksimal sürət həddi 314 km/saata çatır. Bu göstəricilərə əsaslanan şirkət, ilkin olaraq öz avtomobilini "dünyanın ən sürətli krossoveri" adlandırıb.
Xatırladaq ki, Bentley Bentayga modelinin maksimal sürəti 306 km/saat, Lamborghini Urus krossoverinin isə 305 km/saat təşkil edir. Lakin, Lister Stealth modelinin seriya krossoverinin tüninq edilmiş versiyası olduğunu nəzərə alsaq, britaniyalıların təvəzökarlıqdan uzaq olduğunu söyləmək olar.
Çünki, Lamborghini Urus modelinin tününiq edilmiş versiyalarının Lister krossoverinin göstəricisini asanlıqla üstələyəcəyini nəzərə almaq gərəkdir. Buna görə də, şirkət iştahını caaltmaq qərarına gəlib və Stealth modelini "ən sürətli ingilis krossoveri" adlandırıb.
Lister Stealth modeli 100 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxılacaqdır. Hər bir krossoverin qiyməti ən azı 110.000 funt sterlinq təşkil ediləcəkdir. Müqayisə üçün, donor rolunda çıxış edən Jaguar F-Pace SVR modeli Britaniyada 75 min funt sterlinqdən başlayan qiymətlə ilə satılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda internet tarifləri dəyişir - 25 manat olacaq
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)





