Lister Britaniyanın ən sürətli krossoverini təqdim edib - FOTO

12 Sentyabr 2020 21:30

Yenidən dirçəldilmiş Lister markası ekstremal Thunder kupesi ilə bazara qayıtdığınl bəyan etmişdi. İki il əvvəl firma ekstremal LFP krossoverini hazırlayacağını elan etsə də, avtomobilin debütü gecikib - məlum məsələdir ki, pandemiyada şirkətin planlarına düzəlişlər edib, buna görə də krossoverin debütü yalnız indi reallaşıb. Eyni zamanda, ekstremal krossover özünəməxsus ada malik olub - Lister Stealth.

Milli.Az autograph.az-a istinadən bildirir ki, əslində, bu krossover 550 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edən 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilmiş və ciddi şəkildə dəyişdirilmiş Jaguar F-Pace SVR modelidir. Krossover 100 km/saat həddinə  4.3 saniyəyə sürətlənir və 283 km/saatlıq maksimal sürətə malikdirr.

İlkin olaraq, Lister mühəndisləri mühərrikin üzərində çalışıblar: aqreqat daha effektiv kompressora, yeni interkulerə və hava filtrnə, həmçinin "birbaşa" buraxılış sisteminə sahib olub. Nəticədə, mühərrikin hasilatı 675 metrik at qüvvəsinə (və ya 666 "İngilis" at qüvvəsinə) və 881 Nm fırlanma anına qədər artıb.

Şirkət transmissiyadakı (səkkiz pilləli "avtomat" və muftalı tam ötürmə) dəyişikliklər barədə heç bir məlumat verməyib. Bununla belə,  asqısı yenidən işləndiyi və daha güclü əyləclər quraşdırıldığı bildirilib.

Mühərrikin daha səmərəli soyudulmasını təmin etmək üçün ön bamperdəki hava girişləri genişləndirilib. Avtomobilin aerodinamikasını yaxşılaşdırmaq üçün karbon splitter və inkişaf etdirilmiş diffuzor quraşdırılmış,  23-düymlük təkər disklərini yerləşdirmək üçün təkər tağları da genişləndirilmişdir. Nəhayət, salon bahalı dəri ilə üzlənmişdir.

Nəticədə, 1950 kiloqram ağırlığında olan Lister Stealth modeli 60 mil/saat (97 km/saat) həddinə 3,6 saniyəyə sürətlənir və onun maksimal sürət həddi 314 km/saata çatır. Bu göstəricilərə əsaslanan şirkət, ilkin olaraq öz avtomobilini "dünyanın ən sürətli krossoveri" adlandırıb.

Xatırladaq ki, Bentley Bentayga modelinin maksimal sürəti  306 km/saat, Lamborghini Urus krossoverinin isə 305 km/saat təşkil edir. Lakin, Lister Stealth modelinin seriya krossoverinin tüninq edilmiş versiyası olduğunu nəzərə alsaq, britaniyalıların təvəzökarlıqdan uzaq olduğunu söyləmək olar.

Çünki, Lamborghini Urus modelinin tününiq edilmiş versiyalarının Lister krossoverinin göstəricisini  asanlıqla üstələyəcəyini nəzərə almaq gərəkdir. Buna görə də, şirkət iştahını caaltmaq qərarına gəlib və Stealth modelini "ən sürətli ingilis krossoveri" adlandırıb.

Lister Stealth modeli 100 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxılacaqdır. Hər bir krossoverin qiyməti ən azı 110.000 funt sterlinq təşkil ediləcəkdir. Müqayisə üçün, donor rolunda çıxış edən Jaguar F-Pace SVR modeli Britaniyada 75 min funt sterlinqdən başlayan qiymətlə ilə satılır.

Milli.Az