Maraqlı

Kibercinayətkarlıq məqsədilə 410 min elektron poçt SMS-i göndərilib

29 Avqust 2020 20:20
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq miqyasda 6 trilyon dollar zərərə səbəb olması gözlənilən kiberhücumlara qarşı ən dözümsüz sektorlar bəlli olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Keepnet Labs-ın hesabatına görə, kiberhücumlar nəticəsində ötən ilin birinci yarısında 4,1 milyard dollarlıq data sızıntısı baş verib. 1 təhlükəsizlik problemini aşkarlamaq üçün isə ortalama 206 gün vaxt sərf olunub. Bu data sızıntısı ümumilikdə 3,92 milyon dollar dəyərində qiymətləndirilib. Önümüzdəki həftələrdə isə kiberhücumların 6 trilyon dollar zərərə səbəb olacağı təxmin edilir.

Hesabata görə, kiberhücumların 90%-i elektron poçt vasitəsilə həyata keçirilir. Bildirilib ki, bu məqsədlə, 410 min elektron poçt SMS-i göndərilib.

Hesabatda, həmçinin o da qeyd olunub ki, hər 2 şəxsdən 1-i spam, viruslu elektron poçt SMS-lərini açaraq oxuyur. Hər 3 işçidən 1-i göndərilən təhlükəli linklərə daxil olur. Hər 8 iş adamından 1-i isə elektron poçtunda kibercinayətkarlar üçün faydalı olan məlumatlar paylaşır.

Bu zərərli linklərə daxil olma faizi ən yüksək olan sektorlar isə məsləhət şirkətləri, geyim və aksesuar istehsalçıları, təhsil, texnologiya sektorlarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.